Yuxarı

İran rəsmiləri Zəngəzurla bağlı görülən işlərlə tanış oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran rəsmiləri Zəngəzurla bağlı görülən işlərlə tanış oldu

İranın yol və şəhərsalma naziri, İran – Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasıminin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar Prezident İlham Əliyevin tapşırıqları əsasında həmin ərazilərdə həyata keçirilən nəqliyyat və digər infrastruktur layihələri ilə tanış olublar.

İlk növbədə qonaqlara təyyarənin Tehrandan birbaşa reyslə endiyi Füzuli Beynəlxalq Hava Limanı barədə məlumat verilib, cəmi 9 ay ərzində inşa olunduğu diqqətə çatdırılıb.

Sonra nümayəndə heyətləri Azərbaycanın Ermənistanla həmsərhəd Zəngilan rayonunda Beynəlxalq nəqliyyat marşrutunun bir hissəsi olan Horadiz – Ağbənd dəmir yolu layihəsi üzrə görülən işlərlə tanış olublar. Tanışlıq zamanı layihənin əhəmiyyəti haqqında danışılıb, İranın bu layihədə iştirakının vacibliyi vurğulanıb.

Qonaqlar, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa edilməkdə olan ikinci​ hava limanı – Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olublar.

Daha sonra Zəngəzur dəhlizində inşa olunan avtomobil tunellərinə və Cocuq Mərcanlı qəsəbəsində dəmir yolu layihəsinə baxış keçirilib, avtomobil və dəmir yolu layihələri ilə bağlı təqdimatlar dinlənilib.

İşğaldan azad edilmiş ərazilərə səfər boyu qonaqlara ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlər barədə məlumat verilib. Səfərin sonunda nümayəndə heyəti Füzuli şəhəri ilə tanış olaraq bütün yaşayış və infrastruktur obyektləri, o cümlədən məscidlərin tamamilə dağıdıldığının canlı şahidi olublar.

Tarix
2022.01.24 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla