Yuxarı

“Nar” Azərbaycan çempionu tituluna sahib oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu

“Nar” komandası bütün rəqiblərini geridə qoyaraq “Breyn Rinq” üzrə 2021-cu ilin Azərbaycan çempionu tituluna sahib olub.

Axar.az xəbər verir ki, Azərbaycannın 6 universitet və 6 region komandası da daxil olmaqla 16 komanda 4 ay boyunca gərgin mübarizə aparıb. Finalda “Nar” komandası “Bilik” kubokunun sahibi “Bridge” komandası ilə qarşılaşıb və ilin qalib olub.

“Azerfon”un Baş icraçı direktoru Qunnar Panke qalib “Nar” komandasının üzvləri ilə görüşub və onları təbrik edib: “Nar” komandasının mütləq çempion olaraq xüsusi seçilməsi sizin əzminiz, savadınız və cəld düşünmə qabiliyyətiniz sayəsində olub. Belə savadlı gənclərin nailiyyətləri bizi sevindirir və uğurlarınızın davamlı olmasını diləyirəm”.

Qeyd edək ki, “Breyn Rinq” bilik yarışı “Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində elm və təhsilə dəstək layihələrindən biridir. Mobil operator artıq 9 ildir ki, “Breyn Rinq” intellektual oyununa dəstək olur. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı http://www.nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2022.01.24 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla