Yuxarı

Prezident mina partlayışı zamanı ölənlərin sayını açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident mina partlayışı zamanı ölənlərin sayını açıqladı

Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə deyib.

Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib.

Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb.

Prezident İlham Əliyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

Tarix
2022.02.04 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla