Yuxarı

Cənub Qaz Dəhlizi bizim üçün çox əhəmiyyətlidir - Perunoviç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısının yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Tədbir çərçivəsində bir çox məhsuldar müzakirələrimiz oldu. Cənub Qaz Dəhlizi Qərbi Balkan regionunda yerləşən bütün dövlətlər, o cümlədən Monteneqro üçün çox əhəmiyyətli layihədir. Bizim çox böyük enerji potensialımız var. Ölkəmizin zəngin enerji potensialı mövcuddur və müzakirələr zamanı biz qarşıdakı illərdə yeni bərpaolunan enerji mənbələrinin yaradılması məsələlərinə toxunduq.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Monteneqronun Kapital İnvestisiyaları Nazirliyinin dövlət katibi Marko Perunoviç deyib.

Nazir bildirib ki, digər Avropa ölkələri kimi Monteneqro da “yaşıl enerji”yə keçidə yönəlib və yaxın gələcəkdə bərpaolunan enerji layihələri həyata keçirməyə hazırlaşır. Lakin sabit enerji sisteminə olan ehtiyacı qarşılamaq üçün ölkənin təbii qaza əsaslanan yeni enerji layihələrinə ehtiyacı var.

“Hələlik Monteneqronun təbii qaza çıxışı yoxdur. Lakin ümid edirik ki, bu, tezliklə mümkün olacaq. Ölkədə təbii qaz tədarükünün həyata keçirilməsinin əsas yollarından biri davamlı enerji istehsalı istiqamətində yeni layihə hazırlamaqdır. Bunun üçün isə Cənub Qaz Dəhlizinin davamı olacaq İon-Adriatik boru kəmərinə ehtiyacımız var.

Monteneqro regiondan olan tərəfdaşlarla bu istiqamətdə danışıqlar aparır. Ümid edirik ki, hər hansı razılaşma əldə edilərsə, o zaman biz Avropadan olan tərəfdaşlarımızdan, o cümlədən TAP və Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrdən də dəstək ala bilərik. Biz inanırıq ki, tezliklə həmin layihəni uğurla həyata keçirəcəyik və davamlı enerji istehsalını təmin etmiş olacağıq”, - deyə Marko Perunoviç vurğulayıb.

Tarix
2022.02.05 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla