Yuxarı

AZAL Ermənistanın xidmətlərinə görə 32 min ödəyib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL Ermənistanın xidmətlərinə görə 32 min ödəyib

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Ermənistanın aeronaviqasiya xidmətlərinə görə təqribən 32 min avro ödəyib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 6-dan Azərbaycan Hava Yolları Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Məlumatda bildirilir ki, 2021-ci il oktyabrın 6-dan 31 dekabra qədər “Armaeronavigation” tərəfindən AZAL-a aeronaviqasiya xidmətləri göstərilib. Bunun qarşılığında isə şirkət mərkəzi ofis vasitəsilə EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 31 901,77 avro ödəyib.

“Müqayisə üçün qeyd edək ki, bizim hesablamalarımıza görə, Zəngəzur bölgəsində Gorus-Qafan magistral yolu ilə keçən İran yük maşınlarından Azərbaycan ayda təxminən 17 min avro əldə edir. Bir çox hallarda bu məbləğ erməni idxalçılar tərəfindən kompensasiya olunur”, - komitənin açıqlamasında bildirilib.

Tarix
2022.02.16 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla