Yuxarı

Azərbaycanlı xanım İsveçdə rəhbər seçildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı xanım İsveçdə rəhbər seçildi - Foto

Azərbaycan əsilli Aylın Fazelian (Bilgin) İsvec Sosial-Demokrat Partiyasının qadınlar təşkilatının rəhbərliyinə seçilib.

Musavat.com-un məlumatına görə, 21-23 avqustda Stokholmda Sosial-Demokrat Partiyasının qadınlar təşkilatının qurultayı yeni proqram qəbul edib və öz yeni rəhbərliyini seçib. Aylin Fazelan ilk azərbaycanlı qadın olaraq, partiyanın qadınlar təşkılatının rəhbərliyində təmsil olunmaq hüququ qazanıb. O, əcnəbi mənşəli isveçli olaraq təşkilatın 9 rəhbərindən biri olub və 4 il partiyada önəmli postda çalışacaq. Qurultay mərkəzi komitənin 9 həqiqi üzvünü və 8 üzvlüyə namizədi seçib.

Aylın Fazelianın (Bilgin) İsvecin ən önəmli və güclü partiyasının qadınlar təşkilatının rəhbərliyində təmsil olunması İsvecdə bütün əcnəbilər, xüsusilə də türklər üçün uğurlu nailiyyət sayılır.

İsvec Sosial-Demokrat Partiyası yarıbayarı qadın və kişilərdən təşkil olunub. Sosial-demokratların içindəki bu bərabərlik onların parlamentdə qazandıqları mandatlarda özünü göstərir. Yəni partiyanın qazandığı mandatların yarısı qadınlara, yarısı isə kişilərə çatır.

Aylın Fazelianın 23 yaşı var, gənc və uğurlu siyasətçidir. Onun atası Mahmud Bilgin də tanınmış ictimai-siyasi xadimdir.

Tarix
2015.08.25 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla