Yuxarı

Lavrovun Bakıya təcili səfərinin - Səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovun Bakıya təcili səfərinin - Səbəbi

Rəsmi məlumatda deyilir ki, Lavrov Bakıya iki ölkə arasındakı münasibətləri və Qarabağ məsələsini müzakirə etmək üçün gəlir. Amma Lavrovun və digər rusiyalı rəsmilərin Qarabağ münaqişəsinin həllində maraqları yoxdur.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib. Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Antalyada baş tutan görüşünü şərh edən politoloq bəzi məqamlara aydınlıq gətirib:

"Xarici İşlər naziri Elman Məmmədyarovun Antalyada türk və türkmən həmkarlarıyla əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı Türkiyə ilə birgə hərbi təlimlər və Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya daşınması məsələsinin gündəmə gəlməsi çox mühüm məqam hesab edilə bilər. Çünki dərhal bu söhbətdən narahat olan Kreml bəzi qərarlar alır. Belə ki, Xarici İşlər naziri Sergey Lavrovun da Bakıya səfəri təşkil edilir. Rəsmi məlumatda deyilir ki, Lavrov Bakıya iki ölkə arasındakı münasibətləri və Qarabağ məsələsini müzakirə etmək üçün gəlir. Lavrovun və digər rusiyalı rəsmilərin Qarabağ münaqişəsinin həllində maraqları yoxdur. Ona görə rusiyalı nazirin Bakıya gəlişinin məqsədi fərqlidir. Rusiyalı rəsmilərin son illərdə Azərbaycana səfərlərinin məqsədləri zatən bəllidir: Azərbaycanı Qərbdən uzaq tutmaq, Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınmasına imkan verməmək və bir də rəsmi Bakını işğal altındakı torpaqların güc yoluyla azad etməsi fikrindən daşındırmaq".

Qeyd edək ki, bu gün Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin Antalyada üçtərəfli görüşü keçirilib.

Tarix
2015.08.29 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla