Yuxarı

Oqtay Qasımov Rauf Arifoğlunun iddiasından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oqtay Qasımov Rauf Arifoğlunun iddiasından danışdı

"Konfedensial şəkildə deyilən hər hansı sözü hamıya danışmaq fikrim yoxdur. Özümdə belə bir borc hiss etmirəm".

Bu sözləri "Axar.az"a açıqlamasında eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov dedi. O bildirdi ki, Rauf Arifoğlunun iddia etdiklərini nə inkar nə də təsdiq edir:

"Bu iddialarla bağlı nəsə demək istəmirəm. Yanımda olan söhbəti kimlərəsə niyə danışım ki! Mənim belə bir məcburiyyətim yoxdur".

Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimlinin Asim Mollazadə vasitəsi ilə hakimiyyətə yaxınlaşmasını və bu faktın Əbülfəz Elçibəy tərəfindən dilə gətirilməsini iddia edib. Baş redaktor yazıb:

"Hələlik Elçibəyin Kələkidə Arzu Səmədbəylinin, Oqtay Qasımovun, Əli Həziquliyevin yanında dediklərindən yalnız birini yada salıram: "Əli Kərimlinin bir əlindən Asim tutub, dartır hakimiyyətə tərəf. O biri əlindən də mən tutmuşam, dartıram özümə tərəf... Mənə bir az kömək edin, daha gücüm çatmır..." ( Kələki, 26 avqust 1997-ci il, saat 23.30. "Kələki gündəliyindən"...)

Məsələ ilə bağlı olaya şahid olduqları iddia edilən digər 2 nəfər hazırda ölkədə olmadığı üçün onlarla əlaqə saxlaya bilmədik.

Tarix
2014.01.13 / 14:12
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - - Foto

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla