Axar.az
Yuxarı

Əgər Nikol Brüsseldə yenə oyun oynayacaqsa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Paşinyan Brüsseldə yenə oyun oynayacaqsa, sadəcə söz güləşdirəcəksə, Azərbaycan buna daha səbir etməyəcək. Nə vaxtımız var, nə də həvəsimiz.

Artıq hiss olunur ki, Ermənistan özünü yeni-yeni şanslardan məhrum etmək xəttinə bu dəfə də sədaqətli qalmaq niyyətindədir. Çünki üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, nəqliyyat sisteminin qurulmasına imkan verməməyə çalışır. Bəs nəticə necə olacaq? Sadə. Bakı-Tiflis-Ceyhandan, TAP və TANAP-dan kənar qaldığı kimi, bu dəfə də özü-özünü buxovlayacaq.

Dövlətin vahid siyasi anlayışı yoxdur. Gah sülh sazişi ilə bağlı nikbin bəyanatlar verir, gah bədbinləşir. Amma fakt faktlığında, realıq reallığında qalır. Ermənistan Azərbaycanın təkliflərini reallığın nəticəsi olaraq qiymətləndirməlidir. Əgər deyirsə ki, Azərbaycanın təkliflərini qəbul edirəm, yeri gəlmişkən, deyir də, deməli, Azərbaycanın ərazi bütövlüyünü də qəbul edir. Deməli, ərazi iddiası da yoxdur. Əgər ərazi iddiası varsa, yaxud olacaqsa, Azərbaycanın da Ermənistana qarşı ərazi iddiası var və ya olacaq. Ermənistan yenə aldatmaq, ikili, üçlü oynamaq istəyəcəksə, hiyləyə əl atacaqsa, onda vəziyyət dəyişəcək.

Bakı təkliflərini əbədi masada saxlamaq niyyətində deyil. Çünki biz görürük də İrəvan Qarabağın statusu məsələsini gündəliyə gətirmək üçün uğursuz cəhdlər edir. O zaman bilməlidir ki, Azərbaycan Qarabağın statusu məsələsini müzakirə etməyəcək. Yoxdur Qarabağın statusu məsələsi! İlham Əliyevin sözləri ilə desək, cəhənnəmə getdi, gora getdi status! Əgər Ermənistan yenə Minsk Qrupunu xortlatmaq istəyirsə, bu da yanlış yoldur. Çünki Minsk Qrupu bu saat özü absurddur. Onun öz statusu yoxdur artıq, hansı statusu müzakirə edəcək?

Görünür, Ermənistan XİN-in birlikbezə, mühazirəyə, treninqə ehtiyacı var. Bəyan edirik: Minsk Qrupunun Ermənistan-Azərbaycan münasibətlərilə əlaqədar heç mandatı belə yoxdur. Minsk Qrupu özü artıq ölüb. Ermənistan ümumiyyətlə, necə təsəvvür edir bu mənzərəni? Bu saat bir-birilə açıq müharibə vəziyyətində, tarixlərinin ən ziddiyyətli zamanında Rusiya ilə Amerika bir masanın arxasında oturacaq! Bir söz var e, bizdə. Camaat dəli olanda molla yanına qaçır, bu dəfə isə dəli olmuş həmin o mollalar öz aralarında dalaşırlar. Onlar bir masa arxasında otura bilmirlər. Beləliklə, status məsələsi yoxdur. Deməli, status yoxdursa, Minsk Qrupu da yoxdur. Sadəcə olaraq, Azərbaycan Qarabağda yaşayan insanların hüquqlarına öz qanunlarına, vətəndaş aktları vəziyyətinə müvafiq qaydada baxacaq.

Bu zəmində isə Azərbaycan təklif edir ki, Bakı-İrəvan birbaşa danışıqlar aparsın və sülhə nail olaq. Azərbaycan Ermənistana geniş bir açılım təklif edir - Azərbaycan - Ermənistan sərhədlərinin açılması ilə bərabər Türkiyə - Ermənistan sərhədlərinin də açılmasını. Bunlar bir-birilə sıx bağlıdır. Bu proses paralel olmalıdır. Biri digərindən öndə gedə bilməz.

Amma hər bir halda seçim Ermənistanındır. Razı olacaqsa, məqbul, olmayacaqsa, Azərbaycanın sülh təklifi əbədi deyil. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycan onun ərazisini dünəndən, lap yüz il o yandan tanımayacaq.

Bakı Brüssel görüşündən real nəticələr gözləyir. Biz heç nəyi unutmaq niyyətində deyilik…

Tarix
2022.04.04 / 09:00
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Erməniyə uduzub, kütləyə “oynamaq” olmaz - Video

Ordumuz erməniləri atəşə tutub? – Rəsmi

Sammit Xəzəryanı dövlətlərin birgə işinə yeni impuls verdi

Kəlbəcərdəki tapıntı: İki erməni Su-25-i... - Foto

Xəzər Aral dənizinin aqibəti ilə üzləşə bilər

Əgər Nikol Zəngəzur dəhlizinə imkan verməsə... - Markov

Rus mediasının Qaraqalpaqdan süjeti Kremli ifşa etdi

Bakıda yaşayış binasının lifti qırıldı: yaralı var

Ermənilərin ATƏT PA-dakı bütün cəhdləri iflasa uğradı

Paşayeva mədəniyyət nümayəndələri ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla