Yuxarı

ABŞ oyunu: Xan devrildi, Əfqanıstana hücum edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ oyunu: Xan devrildi, Əfqanıstana hücum edildi

Pakistan və Əfqanıstan sərhədində yaranan gərginlikdə ABŞ-ın payı var.

Bu sözləri Axar.az-a politoloq Teymur Qasımlı son günlər Pakistan və Əfqanıstan arasında artan gərginlik barədə danışarkən deyib.

O bildirib ki, Pakistan olmasa, ABŞ Əfqanıstanı idarə edə bilməyəcək:

“ABŞ-a Pakistan lazımdır. Keçmiş baş nazir İmran Xan da buna qarşı gəlirdi, Talibanla normal münasibətlər qurmağa çalışırdı. İmran Xanın devrilməsi təəccüblü deyil. 1947-ci ildən Pakistanda baş verənlər bu günə kimi təkrarlanır. Həmin vaxtdan Pakistan ordusunda Vaşinqtonun təsiri çox güclüdür. Pakistanda bundan daha böyük çevrilişlər, hətta edamlar olub”.

Politoloq deyib ki, hazırda hakimiyyətə gələn Baş nazir Şahbaz Şərif Vaşinqtonun adamıdır:

“ABŞ ordusu Əfqanıstandan çıxdı və İmran Xandan Pakistanda hərbi baza yaratmaq üçün dəstək istədi. Hətta qarşılığında 100 milyard dollardan çox pul təklif etdi. Lakin İmran Xan ABŞ-a dəstək vermədi”.

T.Qasımlı deyib ki, Xanın hakimiyyətdən getməsində bundan əvvəl Çin məsələsi var idi:

“İmran Xanın hakimiyyətdən getməsinin ən başlıca səbəbi Çinə yaxınlaşma istəyi idi. Çinin Əfqanıstanda investisiyaları var. ABŞ isə bunu istəmir. Bu səbəbdən ABŞ Pakistan və Əfqanıstan arasında sərhəd münaqişəsi yaratmaq, Pakistan tərəfdə hərbi baza yaradaraq Əfqanıstana nəzarət etmək istəyir. Hadisənin pərdəarxası məqamı bundan ibarətdir”.

Tarix
2022.04.19 / 09:14
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla