Yuxarı

Həyat yoldaşının maşınını etibarnaməsiz sürmək olar?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həyat yoldaşının maşınını etibarnaməsiz sürmək olar?

Son zamanlar DYP əməkdaşları həyat yoldaşının avtomobilini etibarnamə olmadan, yalnız nikah şəhadətnaməsiylə idarə edən sürücüləri saxlayır və cərimə meydançasına aparır.

Axar.az xəbər verir ki, bu barədə DİN yanında İctimai Şura üzvü, tanınmış jurnalist Taleh Şahsuvarov məlumat paylaşıb və narazılığını ifadə edib.

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, həyat yoldaşının avtomobilini nikah şəhadətnaməsi ilə idarə edən şəxsin cərimələnməsi qanunsuzluqdur:

“Azərbaycan qanunvericiliyi bir-biri ilə bağlıdır. Birgə nikah dövründə əldə olunmuş əmlaka ər və arvadın hər ikisinin sərəncam vermək və sahiblik hüququ var. Hər iki insanın sahib olduğu əmlaka görə niyə biri digərindən etibarnamə almalıdır? Bu absurd və məntiqsiz yanaşmadır”.

E.Muradlının sözlərinə görə, artıq bir çox ölkələrdə etibarnamə də əhəmiyyətini itirib:

“Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olması yetərlidir. Əvvəlcə ailə daxilində - ər-arvadın bir-birinə və yaxud övlada etibarnamə verilməsi tələbi ləğv edilməli, daha sonra isə ümumilikdə etibarnamə anlayışı qanunvericilikdən çıxmalıdır”.

Tarix
2022.04.30 / 08:30
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla