Yuxarı

Biz Qarabağa “geri qayıtmamalıyıq”...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz Qarabağa “geri qayıtmamalıyıq”...

Məsələ keçmiş qaçqınların geri qayıdışından daha geniş və daha böyükdür. Biz qayıtmamalı, köçməliyik. Yeni insan təfəkkürünə köçməli, yerləşməliyik. Tam yeni məsuliyyət və ağıl ərazisinə köçməliyik.

Biz qayıdırıq. Amma keçmişə yox. Bu qayıdışın altı dədə-baba torpaqları deyil, nəvə-nəticə torpaqlarıdır. Biz geri dönmürük. İrəli gedirik. Keçmişə yox, gələcəyə. Biz geri qayıtmalı deyilik. Sadəcə yola düşməli, gələcəyə getməliyik. O köhnə yerlərə, köhnə xatirələrə yox, yeni planlara, təzə arzulara köçməliyik.

Yəni yalnız qaçqınlar qayıtmır. Yaxud qaçqınlar yalnız qayıtmır. İşğaldan azad edilmiş ərazilərə yeni insanlar, yenilənmiş azərbaycanlılar gedir. Keçmişə, 30 il əvvələ yox, gələcəyə!

Bu isə həm də o deməkdir ki, işğaldan azad edilmiş ərazilərə, o cümədən Zəngilana gedəcək insanlar heç də yalnız keçmiş qaçqınlardan ibarət olmayacaq. Bu qaçqınların geri qaytarılması demək deyil, bu urbanizasiyanın keyfiyyətcə yeni fazasıdır. Zəngilan yalnız zəngilanlının, Şuşa yalnız şuşalının və ya Ağdam yalnız ağdamlının, adlarını çəkmədiyim başqa azad edilmiş yaşayış məntəqələrimiz də yalnız oralıların qayıtmağa borclu olduğu yerlər deyil. Bütün ölənlər oraları bütün doğulmuşlarımız üçün edib. Yenilənmiş ərazi açılımı yenilənmiş əhali açılımı ilə müşayiət edilməlidir.

Bu baxımdan heç şübhəsiz ki, orta məktəblərə, əlavə dərs vəsaiti, tədris predmetləri əlavə edilməlidir! “Ağıllı Kənd” və ya buna bənzər adlar altında. İnsanlar yeni təfəkkür fazasına daxil olmalıdır. O ərazilərə dədə-baba torpaqları kimi yox, nəvə-nəticə – onların timsalında gələcək üçün, ölmək yox, yaşamaq üçün köçməliyik!

Tarix
2022.05.08 / 23:55
Müəllif
Mir Şahin
Digər xəbərlər

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla