Yuxarı

Simonyan və ərinin milyonluq mülkləri üzə çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Simonyan və ərinin milyonluq mülkləri üzə çıxdı

Rusiyanın əsas təbliğatçılarından biri olan Marqarita Simonyan və əri Tiqran Keosayanın qohumlarının $7,5 milyon dəyərində daşınmaz əmlakı üzə çıxıb.

Axar.az xəbər verir ki, “İnsanoid” səhifəsi bu barədə faktın “Yandex Food”da baş verən məlumat sızması nəticəsində bilindiyini yazıb.

Belə ki, Tiqran Keosayanın qızı Aleksandra evə çatdırılma sifariş edib. Məlum olub ki, onun Moskvanın və Moskva vilayətinin ən elit ərazilərində daşınmaz əmlakı var: Arbatda yerləşən 92 m²-lik mənzil (təxminən 700 min dollar dəyərində) və Barvixa rayonunda nənəsinin adına olan 500 m²-lik malikanə (3 milyon dollar).

Tiqran Keosayanın qardaşı oğlu Edmond Keosayanın Moskvanın mərkəzi, Mosfilmovskaya rayonunda 500 min dollar dəyərində 100 m²-lik mənzili var.

“Sputnik” xəbər agentliyinin baş redaktoru Simonyanın anası Zinaidanın təxminən 2,5 milyon dollarlıq malikanəsi isə Moskvanın elit kəndi “Knyaz gölü”ndə yerləşir. Onun qızı da elə məhz burada yerləşən 900 m²-lik villaya sahibdir.

Marqarita Simonyan 2013-cü ildən “Sputnik”in baş redaktoru vəzifəsini icra edir.

Tarix
2022.05.14 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla