Yuxarı

General-mayor YAP-Milli Şura davasına qarışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyavuş Novruzov Milli Şuraya xəbərdarlığının detallarını açıqladı

"Açıqlama verərkən bildirmişəm ki, dövlətimiz əleyhinə müxtəlif çağırışlar olarsa, şəxsiyyətin ünvanına təhqiramiz, şər və böhtan xarakterli ifadələr səslənərsə, buna cavab veriləcək".

Bu sözləri "Axar.az"a açıqlamasında YAP-dan olan millət vəkili Siyavuş Novruzov Milli Şura haqqında etdiyi xəbərdarlığın detallarını, "cavab veriləcək" deyərkən nəyi nəzərdə tutduğunu izah edərkən bildirdi:

"Mitinqdə bu kimi çağırışlar olarsa, Milli Şura üzvlərinə qanunun tələbi ilə cavab verəcəyik. Qanun nəyi nəzərdə tutursa, hansı cəzalar verilə bilərsə, onu nəzərdə tuturuq. Mitinq iştirakçılarının səsləndirəcəyi şüarlara görə mitinq təşkilatçıları hüquqi məsuliyyət daşıyır. Onlar bilməlidir ki, orda səslənəcək olan fikirlərə görə birbaşa cavabdehlik daşıyırlar".

Daha bir xəbərdarlıq

Bakı Şəhər Polis İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da Milli Şuranın mitinqi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribatın baş verməsinə imkan verilməyəcək:

"Biz mitinqin təşkilatçılarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".

Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 27-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Mitinqin oktyabrın 27-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) saat 16.00-dan 18.00-dək keçirilməsinə razılıq verilib".

Novruzovdan ikinci açıqlama

Bu arada YAP funksioneri Milli Şura ilə bağlı növbəti açıqlamasını verib. Novruzov mitinqdə təxribat planlaşdırıldığı barədə ciddi məlumat aldıqlarını da bildirib:

"Bizdə olan dəqiq məlumata görə, müxalifətçilər mitinqlərə gətirmək üçün xüsusi təxribatçı qrup hazırlayıblar. Məqsədləri mitinqdə qarşıdurma yaradıb, bunun məsuliyyətini iqtidarın üstünə atmaqdır".

Onun sözlərinə görə, bu məlumat artıq müvafiq orqanlarda da var: "Onların xüsusi təxribatçı qruplar tərəfindən aksiyada qarşıdurma yaradıb, bunu iqtidarın üstünə atacaqlarını biz də, müvafiq orqanlar da artıq bilirik. Mətbuat vasitəsilə onlara çatdırırıq ki, artıq məsələdən xəbərdarıq. Baş verəcək istənilən qanunsuz əməllərə görə məsuliyyət aksiya təşkilatçılarının üzərinə düşür".

Milli Şuradan Siyavuş Novruzova cavab

Edilən xəbərdarlıqlarla bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Axar.az"a münasibət bildirdi. O dedi ki, bu fikirlər hakimiyyətdə olanların feodal düşüncəsindən xəbər verir:

"Hakimiyyət nümayəndələri elə təşvişə düşüblər ki, kimin nə danışacağını da müəyyənləşdirə bilmirlər. Bu, hakimiyyətin, o cümlədən Siyavuş Novruzovun feodal təfəkkürünü və getdikcə daha da mürtəce xarakter aldığını göstərir. Beynəlxalq birliyin, eləcə də cəmiyyətin sərt reaksiyasından sonra müəyyən yumşalma addımı ata bilərlər. Ancaq baş verənlər onu göstərir ki, hakimiyyət beynəlxalq strukturlara müharibə elan etməklə məşğuldur. Bu da onu göstərir ki, hakimiyyətdə rasional düşüncə problemi var. Rasional düşüncə probleminin olması da hakimiyyəti süquta sürükləyir. Ancaq hakimiyyət nümayəndələri həm cəmiyyətin, həm də beynəlxalq strukturların fikirlərini nəzərə almalıdırlar".

Tarix
2013.10.25 / 18:07
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla