Yuxarı

Niyə əsas hədəf kimi o seçilib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fikir verirsinizsə, qaragüruhun, indi həm də başqa rənglərin rəng qatdığı universal güruhun əsas hədəfi polisdir. Ya da iqtidarı işgəncədə, döyməkdə günahlandırmaqdır.

Məsələn, hansısa xaricdəki bloger ağzı-burnu qan içində Azərbaycan dövlətini təhdid edir, guya onu başqa ölkənin ərazisində məhz Azərbaycan dövləti döydürüb. Eyni aralarda Rüfət Səfərov adlı bir fəal hüquq-mühafizə orqanlarını ona qarşı şiddətdə ittiham edir, ardınca Bəxtiyar Hacıyev adlı birisi oxşar iddialarla çıxış edir.... O da polisi günahlandırır. Elə həmin aralarda başqa bir hadisə qabardılır. Məsələn, 10 yaşlı bir qız uşağının amansızlıqla qətlə yetirilməsi üzrə mühakimə edilən İlkin adlı bir müttəhim ətrafında təbliğat işini elə qurublar ki, polis hədəfə alınır, hüquq-mühafizə oraqanları, məhkəmə vurulur.

Yadımıza salaq: Saleh Rüstəmlinin həbsdən azad edilməsi üçün təzyiq kampaniyası, sərhədçilərin şəhid olması ilə nəticələnən qəza zamanı hüquq-mühafizə orqanlarının məruz qoyulduğu təzyiqlər - sanki hər şeyi edirdilər ki, sosial şəbəkələrdə olan gücləri hesabına dövlətin iradəsini sındırsınlar. Baxmayaraq ki, faktlar ortadaydı. Onda da, indi də. Baş verən vaxtaşırı media pristupları isə istintaqın gedişinə təsir etmək, polisə, prokurorluğa, dövlət təhlükəsizliyi orqanlarına güc nümayiş etdirməkdir. Maraqlıdır, Azərbaycan Haaqa Məhkəməsində Ermənistanı ittiham edəndə, elə Bakıda erməniləri hərbi cinayətdə ittiham edən məhkəmə proseslərindən nə əcəb belə “İlkin serialları” yayımlamırdı? Axı ermənilərin cavab verməsini 30 il idi ki, arzulayırdıq! Cavab verirdilər də bizə! Niyə yox idiniz? Niyə bu qədər yox idiniz?

Amma indi xüsusi fəallaşma var. Fəvvarələr meydanında polisə qarşı aksiya keçirilir. Baxmayaraq ki, polis bu aksiyanı hələ ləğv olunmamış xüsusi şərait səbəbindən dağıda da bilərdi, buna onun qanunla tam ixtiyarı var idi, amma anlayış göstərib, hətta rəngarəng bəyanatın oxunmasına da şərait yaradıb. Buna baxmayaraq, yenə də ikili yanaşma. Azərbaycanda paytaxtın düz ortasında qanunsuz olsa da, sanksiyalaşdırılmamış aksiyaya humanist meyardan dözən polisin hərəkəti barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəyanat verir. Baxmayaraq ki, polis burada sadəcə aksiya iştirakçılarının təhlükəsizliyini qoruyub. Çünki aksiyada gül-çiçək və kəpənəklər də var idi, üzərlərinə toz qonmasın deyə.... Amma nədənsə Böyük Britaniya regionda hamıya eyni gözlə baxmır. Məsələn, İrəvanda Paşinyanın polisi qabağına keçəni döyür.

Amma başa düşmürəm, Ermənistanda Britaniyanın səfirliyi yoxdur? Yoxsa Ermənistan polisinin dəyənək azadlığı var? Axı ikili standartlar adamın gözünün bəbəyinə girir!

Tarix
2022.05.22 / 23:52
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla