Yuxarı

Ermənistanla sülh sazişi üçün addımlar atırıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün addımlar atır.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla aparılan dialoqdan danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin edilməsindən ibarət olub: "Hətta ərazilərimizin bir hissəsi 30 ilə yaxın işğal altında olduğu zaman Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək səyləri göstərib, onilliklər ərzində danışıqlar prosesində iştirak edib. İndiki mərhələdə, ərazilərinin işğalına son qoyan və ərazi bütövlüyünü təmin edən Azərbaycan qonşu Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması mövqeyindən çıxış edir və bu istiqamətdə addımlar atır. Biz bu məqsədə real töhfə verə bilən bütün beynəlxalq platformalardan faydalanmağın tərəfdarıyıq".

Nazir bildirib ki, Azərbaycan Avropa Şurasının da etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə töhfə verə biləcəyini düşünür: "AŞ Baş katibinin təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü keçirilib və bunu müsbət qiymətləndiririk. Bu günədək iki ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi beynəlxalq platformalarda görüşlərin keçirilməsi təcrübəsi mövcud olub. AŞ Nazirlər Komitəsinin Turin görüşündə belə bir görüş keçirilmədi, lakin hesab edirik ki, ümumiyyətlə bu kimi beynəlxalq çərçivələrin sülh dialoquna müsbət töhfəsi ola bilər. Ən əsası isə əlbəttə ki, hər iki tərəfin sülhü yaratmaqla bağlı möhkəm iradəsini nümayiş etdirməsidir".

C.Bayramov vurğulayıb ki, 10 noyabr üçtərəfli bəyanatı Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlara son qoydu: "Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldı və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Doğrudur, ümumilikdə bölgədəki cari vəziyyəti müsbət qiymətləndirmək olar, lakin bəyanatın bəzi müddəaları Ermənistan tərəfindən hələ də tam yerinə yetirilməyib. Hesab edirik ki, bölgədə sülh quruculuğu üçün ilk növbədə, üçtərəfli bəyanatlar, habelə sonrakı görüşlərdə, o cümlədən Brüsseldə Avropa İttifaqı Prezidentinin iştirakı ilə baş tutan iki ölkə liderlərinin görüşlərində əldə edilən razılaşmaların həyata keçirilməsi olduqca vacibdir".

Tarix
2022.05.25 / 20:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla