Yuxarı

40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur...

2026-2027-ci tədris ilində Azərbaycanda 124 mindən çox uşaq I sinfə gedəcək. Ötənilki rəqəmlərə nəzər salsaq, şagirdlərin sayında 8 min nəfərə yaxın azalma olduğunu müşahidə edərik.

Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, son 10 ildə I sinfə gedənlərin sayı 40 min nəfərə yaxın aşağı düşüb.

Bu da 24,4% azalma deməkdir.

2016-2017-ci tədris ilindən bəri I sinfə qəbul olunan şagirdlərlərin sayı ilə bağlı qrafiki təqdim edirik:

Qrafikdən də göründüyü kimi, son illər birinci sinfə qəbul olan uşaqların sayı azalan tendensiya ilə davam edir.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, bu azalma davam edəcək və 2035-ci ildən sonra isə böhran həddinə çata bilər:

“Çünki fertillik əmsalı (nəsilvermə) Azərbaycanda sürətlə aşağı düşür. 60-cı illərdə bu əmsal 6 vahid idisə, hazırda 1,4 vahid və ya daha aşağıdır. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəb odur ki, selektiv abortlar nəticəsində qızlar bioloji normadan az, oğlanlar isə bioloji normadan çox doğulur. Bu da əhalinin cins tərkibinin dəyişməsinə səbəb olur. Cins tərkibindəki dəyişikliklər nəticəsində qadınların sayı kişilərdən azdır. Paralel olaraq doğumun aşağı düşməsi 2035-2040-cı ildən sonra uşaqların yaş və cins tərkibində ciddi dəyişikliklərin olacağından xəbər verir”.

Ekspertin fikrincə, doğumdakı azalmalar kritik həddədir:

“Bu, qlobal inkişafla bağlıdır. Ailələr daha çox övlad dünyaya gətirmək istəmir, adətən bir və ya iki övladla kifayətlənirlər. Bununla bağlı bəzi dövlətlər stimullaşdırıcı tədbirlər görürlər. Doğrudur, ölkəmizdə bu hal hələ böhran vəziyyətinə çatmayıb. Lakin qarşıdakı onilliklərdə böhranla qarşılaşmaq mümkündür”.

S.Məmmədov stimullaşdırıcı tədbirlərin görülməsinə, maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu qeyd edib.

Təhsil məsələləri üzrə ekspert Elmin Nuri bildirib ki, məsələnin kökündə demoqrafik problem dayanır:

“Ümumilikdə, yeni anadan olan uşaqların sayında xeyli geriləmə var. Məsələn, 2025-ci ildə doğulan uşaqların sayı 95 min 875 nəfər olub. Bu o deməkdir ki, 6 il sonra birinci sinifə gedən uşaqların sayında ciddi azalma olacaq”.

Ekspert deyir ki, nəticə olaraq, məktəblərdə bir sıra siniflərin bağlanması gözlənilir:

“Uşaq sayı az olacaqsa, sinif sayı da aşağı düşəcək. Sinif sayı azaldıqca isə müəllimlərin sayı azalacaq və onlar ixtisara düşəcək. Bakı, Sumqayıt şəhərlərində Abşeronun bəzi məktəblərində əhali sıxlığına görə siniflərdə şagird sıxlığı olsa da, demoqrafik azalma ilə bunu fərqləndirmək lazımdır.

E.Nuri bizi bu istiqamətdə ciddi təhlükə gözlədiyini deyir:

“Məktəb binası, sinif otaqları şagird üçün var. Acı gerçək odur ki, sonrakı dövrlərdə istifadəsiz qalmış, ya da potensialından daha az şagirdi olan məktəblər görə bilərik”.

Tarix
2026.09.12 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla