Yuxarı

Gürcüstanda 59 əcnəbi saxlanıldı: azərbaycanlı da var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda 59 əcnəbi saxlanıldı: azərbaycanlı da var

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici vətəndaşı saxlayıb.

Axar.az Report-a istinadla xəbər verir ki, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları da var.

Məlumata görə, keçirilən tədbirlər çərçivəsində Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici vətəndaşların müəyyənləşdirilməsi məqsədilə müxtəlif yerlər və obyektlər yoxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanunun tələblərini pozaraq Gürcüstan ərazisində olduqları müəyyən edilib.

Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Onların ölkədən deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

DİN bildirib ki, qanunvericilikdə dəyişikliklərin qüvvəyə minməsindən sonra Miqrasiya İdarəsi tərəfindən 160 xüsusi immiqrasiya nəzarəti tədbiri keçirilib. Bu tədbirlər çərçivəsində ümumilikdə 18 min xarici vətəndaş yoxlanılıb, müəyyən edilən 1 000 qanunsuz miqrant isə artıq Gürcüstandan çıxarılıb.

Tarix
2026.09.12 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla