Yuxarı

Martirosyanın Bakıya sığınma səbəbi – Erməni mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Martirosyanın Bakıya sığınma səbəbi – Erməni mediası

Bu gün Azərbaycana qaçan erməni siyasətçi Vaan Martirosyanla bağlı maraqlı fakt ortaya çıxıb.

Axar.az-ın erməni saytlarında apardığı qısa araşdırmadan sonra məlum olub ki, Martirosyan Ermənistan Parlamentinin deputatı Mqera Sedrakyan tərəfindən təzyiqlərə məruz qalıb.

Nəticədə Sedrakyanın adamları Martirosyanı vəhşicəsinə döyüblər. Vaanla bərabər, onun həyat yoldaşı zərbələrə məruz qalıb. Məhz bunun nəticəsində Vaan Martirosyanın hamilə olan həyat yoldaşı uşağını itirib. Bundan sonra Vaan Martirosyan polisə müraciət etsə də, hadisə ilə bağlı heç bir ciddi araşdırma aparılmayıb. Serj Sərkisyanın Respublika Partiyasından deputat olan Mqera Sedrakyan isə hadisədə heç bir günahının olmadığını və Vaanın özünün həyat yoldaşını döydüyünü bildirib.

Qeyd edək ki, Ermənistan Milli Azadlıq Hərəkatı təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.

Tarix
2015.09.17 / 17:58
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla