Yuxarı

Çavuşoğlunun Lavrovla görüşdə mühüm anonsu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Mövlud Çavuşoğlunun Lavrovla görüşdə açıqlaması çox maraqlı idi. Çavuşoğlu Ukrayna və Rusiya arasında danışıqlar barədə müsbət fikirlərin olduğunu qeyd etdi. Görüşlərin yenidən başlaması haqqında dəqiq bir tarix verilməsə də, müharibənin gedişatında bu, bəlli olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professor ən vacib məsələlərdən birinin də Ukraynadan taxılın daşınması olduğunu qeyd edib:

“Müzakirə ediləcək vacib məsələlərdən biri taxılın təhlükəsiz şəkildə dünya bazarına çıxarılmasıdır. Burda isə tərəflərdən biri BMT-dir. Ona görə, yaxın vaxtlarda İstanbulda taxıl məsələsi də daxil olmaqla, digər məsələlərin də dördtərəfli formatda müzakirə ediləcəyinə ümid çoxdur. Əslində belə hallar üçün örnək mexanizmlər mövcuddur. Lakin Rusiyaya tətbiq olunan sanksiyalar çox ciddidir. Türkiyə əvvəldən Rusiyaya qarşı sanksiyalara qoşulmur və bitərəf olmağa çalışır”.

T.İsmayıl qeyd edib ki, gözlənilən taxıl böhranının ilk növbədə Türkiyə və qonşu ölkələrə daha çox təsir edəcəyini, qiymətlərin artacağını düşünür:

“Taxıl məsələsi tərəflər arasında rəqabət mövzusuna və təsir alətinə çevrilməməlidir. Türkiyə də bunun üçün çalışır. Ona görə, düşünürəm ki, sözügedən istiqamətdə BMT-nin aktivliyi artmalıdır”.

Toğrul İsmayıl Çavuşoğlu ilə Lavrov arasında Qarabağ məsələsinin müzakirə olunmasının prosesin müsbət istiqamətdə inkişafına təsir etdiyini bildirib:

“Çavuşoğlunun Qarabağla bağlı mövcud problemlərin yaxın zamanda öz həllini tapmasını istədiklərini bəyan etməsi Türkiyənin bu məsələyə verdiyi diqqətin təzahürüdür. Çünki Qarabağ məsələsi ümumi regionun təhlükəsizlik arxitekturası ilə bağlıdır və problem həll edilmədikcə risklər mövcud olacaq. Ləng də olsa, bu məsələ ilə bağlı irəliləyişlər var, hər görüş də yekun sülhə gedən yolda növbəti addımdır. Lavrov Türkiyədən sonra Ermənistana səfər edib. Görüşlərin nəticələri isə yaxın zamanda özünü göstərəcək”.

Alimin sözlərinə görə, Türkiyənin Rusiyadan Suriya məsələsində də haqlı tələbləri var:

“Suriyada baş verən proseslər və terror Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdiddir. Ona görə, rəsmi Ankaranın Moskvadan əsaslandırılmış və haqlı tələbləri var. Mövlud Çavuşoğlu da bəhs etdiyimiz məsələlərlə bağlı dövlətin narazılığını, narahatlığını qarşı tərəfə çatdırıb. 2019-cu ildə Türkiyə və Rusiya arasında “Sülh çeşməsi” hərəkatı ilə bağlı Soçi Bəyannaməsi imzalanıb. Amma ABŞ kimi Rusiya da öz öhdəliklərini yerinə yetirməkdə həvəsli deyil və bu məsələni qarşılıqlı sövdələşmə üçün əlverişli hesab edir. Yenə əgər razılıq olsa, yeni anlaşmaların əldə edilməsi mümkündür. Lakin bütün hallarda Türkiyə Suriya istiqamətində ölkənin təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atacaq”.

Tarix
2022.06.09 / 11:46
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla