Yuxarı

Məşhur türk məşqçisi Adil Əliyevdən nələr yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur türk məşqçisi Adil Əliyevdən nələr yazdı

Adil Əliyev türk dünyasına bağlı şəxsdir.

Axar.az xəbər verir ki, bu sözləri "Adil insan" kitabında Türkiyənin məşhur futbol məşqçisi Yılmaz Vural dilə gətirib. Təcrübəli futbol mütəxəssisi millət vəkili Adil Əliyev haqda fikirlərini belə bölüşüb:

"Adil Əliyev maraqlı insandır və onunla söhbət etmək insana ancaq xoş təəssürat bağışlayır. Mən qürur hissi keçirirəm ki, qardaş Azərbaycanda Adil Əliyev kimi dəyərli dostum və qardaşım var.

Onunla Bakıda tanış oldum və dostluğumuz yarandı. Mənə Azərbaycan parlamentinin deputatı Adil Əliyev haqda danışmaq olduqca xoşdur".

Y.Vuralın sözlərinə görə, 2013-cü ilin sentyabrında A.Əliyevin rəhbəri olduğu Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə mərhum Prezident Heydər Əliyevin 90 illiyinə həsr olunmuş beynəlxalq idman yarışının qonağı olub:

"Bu, Azərbaycana ilk səfərim idi. Bu yarış qardaş ölkənin necə gözəl diyar olduğunu gözlərimlə görməyimə vəsilə oldu. Azərbaycanın tanınmış şəxsiyyətləri yarışda iştirak edirdi.

Bu, onun federasiyaya necə rəhbərlik etməsindən xəbər verirdi. Yarışda dünyanın hər yerindən nüfuzlu idmançılar iştirak edirdi. Adil Əliyev millət vəkili olmaqla yanaşı, idmana önəm verən və onun inkişafına çalışan şəxslərdəndir".

Qeyd edək ki, "Adil insan" kitabını tanınmış isimlər - Elxan Sahinoğlu, Rüfət Soltan və Elnur Eltürk ərsəyə gətirib. 396 səhifədən ibarət kitabda millət vəkilinin siyasi fəaliyyəti, rəhbərlik etdiyi federasiyanın uğurları, həyat yoluna qısa nəzər yetirilib. Kitabda həmçinin bir çox tanınmış şəxslərin Adil Əliyev barədə fikirləri, xatirələri yer alıb.

Tarix
2015.10.08 / 15:16
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla