Yuxarı

İŞİD niyə Xəzərdən bombalandı – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD niyə Xəzərdən bombalandı – Ekspert

Rusiya Xəzər dənizindən Suriya ərazisini raket atəşinə tutmaqla Xəzər dənizindəki hərbi hegemonluğunu ortaya qoydu.

Axar.az xəbər verir ki, bunu Feysbukda "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yazıb. O, Rusiyanın Suriyanı məhz Xəzərdən bombalamasının bir neçə səbəbi olduğunu bildirib:

"Rusiya Xəzər dənizindən Suriya ərazisini bombaladı. Buna ehtiyac var idimi? Rusiyanın hərbi gəmiləri Suriyadakı məntəqələri Aralıq Dənizi sahilindən də bombalaya bilərdi. Deməli, Kremlin Suriyanı Xəzər dənizi üzərindən bombalamasının geostrateji səbəbləri var:

Birincisi, Rusiya Xəzər dənizindən Suriya ərazisini raket atəşinə tutmaqla Xəzər dənizindəki hərbi hegemonluğunu ortaya qoydu. Rusiya Qərb dövlətlərinin Xəzərdəki fəaliyyətlərinin əleyhinə çıxır. Kreml bu bombardmanla Qərb və Xəzər sahili ölkələrin diqqətinə çatdırır ki, Xəzərdə Rusiyanın hərbi qüdrəti ilə hesablaşmalıdırlar. Halbuki bu günə qədər rusiyalı rəsmilər Xəzərin sülh dənizi olmasını istədiklərini bildirirdilər. Deməli, bu prinsipi birinci elə özləri pozdular.

İkincisi, Rusiya bu bombardmanla hərbi dəniz donanmasının gücünü göstərdi. Uzun illərdir ki, Rusiyanın hərbi gəmiləri yaxın və uzaq ölkələrdə hansısa hədəfə raket zərbəsi endirməmişdi. Rusiyada yeni hərbi texnologiyalar və yeni nəsil raketlər istehsal olunub. Xəzərdən Suriyanın bombalanması Rusiyaya imkan verdi ki, müasir hərbi dəniz donanmasını və yeni raketlərini dünyaya nümayiş etdirə bilsin.

Üçüncüsü, Rusiyanın Xəzər dənizindən Suriyanı bombalaması Azərbaycana da mesajdır ki, rəsmi Bakı dənizin dibi ilə Türkmənistana boru xətti tikintisi layihəsinə dəstək verməsin. Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin tikintisinə ən çox lobbiçilik edənlər Türkiyə, Avropa Birliyi və ABŞ-dır. Ancaq əgər rəsmi Bakı bu layihəyə maraq göstərməsə, Transxəzər layihəsi alınmayacaq. Rusiyanın məqsədi rəsmi Bakını Xəzərin dibi ilə bağlı layihədə geri addım atmağa məcbur etməkdir".

Politoloq Rusiyanın bombardman zamanı Xəzəryanı ölkələrə xəbərdarlıq etmədiyini açıqlayıb:

"Rusiya Xəzər dənizindən Suriyanı raket atəşinə tutacağını əvvəlcədən İran və İraqla razılaşdırıb. Çünki raketlər bu iki ölkənin ərazisindən keçib Suruyadakı hədəfləri vurmalı idi. Onsuz da həm İran, həm də İraq hakimiyyəti Rusiyanın Əsədə hərbi dəstək verməsini alqışlayırlar. Moskva İran və İraq xaricində Xəzər sahili ölkələrə əvvəlcədən xəbər verməyib. Halbuki sahilyanı ölkə olan Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın hərbi müttəfiqidir. Azərbaycanın Xəzər dənizində neft və qaz yataqları var. Rusiya raketlərindən hər hansı birinin Suriya ərazisi əvəzinə yanlış hədəfi vurması bölgədə mürəkkəb vəziyyət yarada bilərdi".

Qeyd edək ki, Rusiya dünən Xəzərdən Suriya ərazisindəki İŞİD mövqelərini bombalayıb.

Tarix
2015.10.08 / 23:25
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla