Yuxarı

Adil Əliyev rəqibinə görə seçicilərinə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adil Əliyev rəqibinə görə seçicilərinə müraciət etdi

Əziz seçicilərim, hər keçirdiyim mitinq və görüşdə Sizin sayınız durmadan artır. İnşallah, Sizin dəstəyiniz sayənizdə bir daha millət vəkili seçiləcəyimə tam əminəm.

Axar.az xəbər verir ki, bu sözləri 20 saylı Nərimanov ikinci Seçki Dairəsindən millət vəkilliyinə namizəd Adil Əliyev rəqibi Aslan ismayılovun hərəkətlərinə reaksiya verərkən öz Feysbuk səhifəsində yazıb. O bildirib ki, "özündən çox deyən" rəqiblərindən biri həmişəki kimi dairəni qoyub bir kənara, bütün günü virtual aləmdə onu "layk" edənlərin sayını hesablayır:

"İndi də düşüb saytlardan birinin üstünə ki, "necə olur Adil Əliyev virtual səsvermədə də məni geridə qoyur?" Bəs necə olmalıdır?

O qədər pəjmürdə olub ki, sayt rəhbərliyini saxtakarlıqda ittiham edir. Mən nə həmin saytın rəhbərini tanıyıram, nə də rəqibimdən fərqli olaraq orda gedən səsverməni dəqiqə-dəqiqə izləyirəm. Ancaq ara-sıra saytdakı səsverməyə nəzər yetirdikdə görürəm ki, virtual səsvermədə də onu qabaqlayıram. Halbuki, yenə təkrar edirəm, virtual səsvermənin Nərimanov 20 saylı ikinci Seçki Dairəsinə heç bir aidiyyəti yoxdur. O anlamaq istəmir ki, bizi məntəqəyə gələn vətəndaş millət vəkili seçir, sosial şəbəklərdəki "layk"lar yox. Ancaq rəqibim əgər bu qədər "layk" aludəçidirsə və bunsuz həyatını təsəvvür etmirsə, mən bu meydanda da onun dərsini verəcəm!

Hər gün yazır ki, "ay camaat, məni tıklayın". Mən bir dəfə də tərəfdarlarıma belə müraciət ünvanlamamışam. Ancaq indi ki belə oldu, tərəfdarlarımı sosial şəbəkələrdə fəal olmağa və mənə səs verməyə çağırıram! Görsün ki, o bu meydanda da mənə rəqib ola bilməz! Heç nə demirəm, onun statuslarındakı "layk"ların sayına da baxın, mənimkilərə də. Rəqəmlər də onun əleyhinədir".

Xatırladaq ki, virtual səsvermə http://xeberler.az/new/sesverme internet ünvanında aparılır.

Tarix
2015.10.19 / 10:54
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla