Yuxarı

Kobaxidze ilə Ərdoğan Nyu Yorkda görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kobaxidze ilə Ərdoğan Nyu Yorkda görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq vurğulanıb.

Siyasi və iqtisadi münasibətlərin inkişafının müsbət dinamikasına xüsusi diqqət yetirilib. Qeyd edilib ki, Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.

Söhbət zamanı tərəflər regionda əlaqələrin inkişafına və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verən regional əhəmiyyətli birgə strateji layihələri müzakirə ediblər. Bu kontekstdə tam istifadəyə verilmiş Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Regionun davamlı və sabit inkişafı üçün sülhün xüsusi əhəmiyyəti vurğulanıb.

Tarix
2026.09.22 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla