Yuxarı

Leyla Əliyeva Bilgəh çimərliyini təmizlətdirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Bilgəh çimərliyini təmizlətdirdi - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib.

Axar.az xəbər verir ki, çimərlik mövsümünün bitməsilə əlaqədar IDEA tərəfindən "Sahillər təmiz qalsın!" şüarı altında Ümumdünya Təmizlik Günü (World Cleanup Day) çərçivəsində təşkil olunan aksiyada 150-dən çox könüllü iştirak edib.

Aksiya zamanı sahilyanı ərazilərdən 2 tondan çox tullantı toplanıb. Zəruri sanitar ləvazimatlarla təmin olunmuş könüllülər tərəfindən toplanan tullantılar "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Aksiyanın əsas məqsədi dəniz sahillərinin təmiz saxlanılmasını təşviq etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınmasına diqqəti artırmaq və ictimaiyyəti dəniz və sahilyanı ekosistemlərin mühafizəsinə daha fəal cəlb etməkdir.

Qeyd edək ki, IDEA İctimai Birliyi Xəzər dənizinin bioresurslarının qorunması, sahilyanı ərazilərin təmiz saxlanılması və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici və praktiki ekoloji təşəbbüslər həyata keçirir.

IDEA hər kəsi təbiətin mühafizəsinə məsuliyyətlə yanaşmağa, sahillərimizin təmizliyini qorumağa və gələcək nəsillər üçün daha sağlam, təmiz və dayanıqlı ətraf mühitin formalaşdırılmasına töhfə verməyə çağırır.

Tarix
2026.09.22 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla