Yuxarı

Azərbaycanla konfederasiya… - Türkiyədə nə düşünürlər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” mövcuddur. Buna görə də Türkiyədə baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilir.

Axar.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzi bu mövzuda araşdırmasını təqdim edib.

“Türkiyədə iqtisadi vəziyyət pisləşib, inflyasiya, qiymətlər, elektrik və kirayə haqları artıb. Türkiyədə insanların alış gücü zəifləyib. Bunun bir neçə səbəbi var. Türkiyə müstəqil ekspertlərinin fikrincə, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəldiyi 2002-ci ildən Türkiyəyə investisiyalar artdı. Ərdoğan öz nüfuzundan istifadə edərək, bir sıra ərəb ölkəsini Türkiyədə maliyyə investisiyalarını cəlb etdi. Bu proses təxminən 2012-ci ilə qədər davam etdi. 10 il ərzində insanların rifah halı yüksəldi. İnvestisiyalar yolların, körpülərin, metroların tikintisinə, digər böyük layihələrə xərcləndi. Bəzilərinin fikrincə, iqtisadi islahatların həyata keçirilməsi üçün zaman itirildi. Ərdoğan yaxın illərdə daha böyük layihəni – Kanal İstanbulu reallaşdırmaq istəyir. Bu layihənin dəyəri on milyardlarla dollardır. Türkiyə iqtisadiyyatının indiki ağır vəziyyətində Kanal İstanbulun reallaşmasının problematik olacağını vurğulayanlar var. Digər tərəfdən Rəcəb Tayyib Ərdoğan iyun ayında prezident seçkisində məğlub olarsa, yeni prezident böyük ehtimalla Kanal İstanbul layihəsindən imtina edəcək. İstanbulun indiki bələdiyyə başçısı Əkrəm İmamoğlu da bu layihənin əleyhinədir”, - hesabatda bildirilib.

Mərkəz hesab edir ki, bütün deyilənlərə baxmayaraq, Rəcəb Tayyib Ərdoğan Türkiyədə güclü hərbi-sənaye kompleksi yaradıb. Türkiyənin başqa ölkələrdən hərbi texnika asılılığı azalıb. Türkiyə modern pilotsuz uçuş aparatları, helikopterləri və tanklar istehsal edir və bu hərbi texnikanı müxtəlif ölkələrə satır:

“Ərdoğanın xarici siyasəti Ankarada müxtəlif reaksiyalara səbəb olub. Bir qisim ekspert Ərdoğanın xarici siyasətini uğurlu sayır. Misal üçün Ərdoğan həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Halbuki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Ərdoğan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Çünki Türkiyə ilə Rusiya arasında ortaq layihələr mövcuddur, Türkiyə Rusiyadan qaz alır, Türkiyə Rusiyaya kənd təssərrüfatı məhsulları ixrac edir, Rusiya Türkiyədə atom elektrik stansiyası tikir, rusiyalı turistlər Türkiyədə dincəlir və bu, Türkiyə iqtisadiyyatı üçün vacibdir.

Türkiyənin Ukrayna ilə də sıx münasibətləri var. Türkiyə Ukraynaya pilotsuz uçuş aparatları satıb. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ukrayna taxılının dünya bazarlarına daşınmasını təmin edib. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar da Ankaranın siyasətindən razı olduğunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinə bildirdi. Bodnar söylədi ki, rəsmi Kiyev Ankara ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir”.

Türkiyə xarici siyasət kursunu dəyişib

Mərkəz əməkdaşlarının Türkiyədə apardığı müşahidələrə görə, Türkiyə siyasi dairələri və cəmiyyəti ABŞ-a tənqidi yanaşır:

“Türkiyənin xarici siyasət kursunda dəyişikliklər də var. Ərdoğan Suriyada müharibə başlayanda Bəşər Əsədlə münasibətləri kəsdi və onu uzun illər ərzində kəskin tənqid etdi. Ancaq Rusiya və İran Bəşər Əsəd rejiminə hərbi dəstək verdilər. Əsəd rejimi bunun hesabına hakimiyyətini gücləndirdi, silahlı müxalifət geri çəkildi. Türkiyə üçün Suriyada təhlükəli gedişat baş verdi. Radikal kürdlər Suriya ərazisinin bir hissəsini nəzarətə götürdülər. Həmin ərazilərdə terrorçu PKK və ona müttəfiq olan silahlılar yerləşdilər. Bu, Türkiyə üçün ciddə təhlükə yaradırdı. Ona görə də Türkiyə ordusu Suriya ərazisində bir neçə dəfə hərbi əməliyyat keçirdi. Hazırda Ankara və Dəməşq arasında təmaslar başlayıb. Ərdoğan Əsədlə görüşməyəcək. Ancaq iki ölkənin diplomatları və təhlükəsizlik idarələrində çalışanları görüşürlər. Əlbəttə, Bəşər Əsəd diktatordur və minlərlə insanın qətlində günahkardır. Ancaq Əsəd hakimiyyətdən getməyəcək. Digər tərəfdən Əsəd Suriyanın bütövlüyünü təmin etmək istəyir. Türkiyə də Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, çünki radikal kürdlər Türkiyə üçün ciddi təhlükədir. Ona görə də Ankaranın Dəməşqlə təmasları davam edəcək.

Ankaranın İsrail siyasəti də dəyişib. İsraillə münasibətlərin pozulması Türkiyənin maraqlarına cavab vermirdi. Çünki, birincisi, İsrail Türkiyənin əleyhinə Misir, Yunanlstan və Kipr ilə ittifaqa qoşuldu. İsrail öz qazını Kipr və Yunanıstana ixrac edəcəyini bildirdi. İkincisi, ABŞ-dakı güclü yəhudi lobbisi Türkiyə əleyhinə fəaliyyət göstərməyə başladı. Bu arada, bəzi ərəb ölkələri Vaşinqtonun vasitəçiliyi ilə İsraillə münasibətləri normallaşdırdılar, səfirliklər açdılar. Ankara İsrail siyasətini dəyişdirmək məcburiyyətində qaldı. Hazırda Ankara İsrail qazını Türkiyə üzərindən Avropa ölkələrinə nəql etmək istəyir. İsrail prezidenti və müdafiə naziri Ankaraya səfər etdilər.

Rəcəb Tayyib Ərdoğan Misirlə pozulan münasibətlərini də normallaşdırmağa çalışır. Misir ərəb dünyasının və Afrika qitəsinin əsas ölkələrindən biridir. Ona görə də Misirlə gərgin münasibətlər Türkiyənin maraqlarına cavab vermir. Ərdoğan Sisi ilə görüşməsə də, Ankara ilə Qahirə arasında təmaslar başlayıb”.

Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir

“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları ilə görüşən Türkiyə İncələmələr Mərkəzinin rəhbəri Alev Kılıç Türkiyənin Şanxay Əməkdaşlığına üzvlük istəyini belə izah edib:

“Çin bölgənin əsas gücünə çevrilir. Rusiyanın dağılması və mərkəzdənqaçma meyillərinin güclənməsi Çin üçün faydalıdır. Çinin Sibirlə bağlı böyük planları var. Rusiya Zəngəzur dəhlizinin açılmasını ona görə istəyir ki, Çinin Mərkəzi Asiyadakı fəaliyyətini məhdudlaşdırsın. Çinin Mərkəzi Asiya ölkələri ilə sıx iqtisadi əlaqələri var. Türkiyə də Mərkəzi Asiyada fəaldır. Rusiya üçün Çin daha təhlükəli olduğundan türk ölkələri arasında əməkdaşlığın və Zəngəzur dəhlizindən istifadə edilməsinin əleyhinə deyil. Pekin Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasını istəmir, Rusiya isə istəyir. Rusiya Türkiyə vasitəsilə təşkilatda Çinin hegemon mövqeyini məhdudlaşdırmaq niyyətindədir. Rusiya türk dünyasının inteqrasiyasını Çindən daha az təhlükəli qiymətləndirir. Rusiya Çinin Mərkəzi Asiyada artan yatırımlarından narahatdır. Amerikanın yanlışı odur ki, Rusiya və Çinlə eyni zamanda düşmən olub. Rusiya Qarabağdan qüvvələrini çıxaracaq, əks halda Azərbaycan və Türkiyə ilə münasibətlər pozulacaq”.

Rusiya Kuzey Kıprısı tanıyacaq?

Mərkəz Türkiyədə Rusiyanın Kuzey Kıbrıs Türk Cümhuriyyətini rəsmən tanıya biləcəyi haqqında səslənən fikirlərə diqqət çəkib:

"ABŞ Yunanıstanda hərbi bazalar yerləşdirib. Bu, Rusiyanın xoşuna gəlmir. Yunanıstan Rusiyaya qarşı sanksiyalarda iştirak edir. Ona görə də Rusiyanın yalnız Türkiyənin tanıdığı Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanıya biləcəyindən danışırlar. Ancaq Türkiyədə Rusiyanın Kıbrısı tanımayacağını deyənlər də az deyil. Onların fikrincə, bu, həm də Türkiyə üçün təhlükəlidir. Çünki Rusiya Kıbrısı tanısa, Türkiyədən Krımın Rusiya ərazisi kimi tanımasını istəyəcək. Bu isə Türkiyənin maraqlarına ziddir. Azərbaycanın da Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əlaqələri barədə fikirlər səslənir. Azərbaycan təkbaşına Kıbrısı tanıyarsa, Yunanıstanın Azərbaycana təzyiq edəcəyi, Qarabağ separatçılarıyla əlaqə quracağı təhlükəsi ilə bağlı fikirlər mövduddur. Ancaq türk dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan eyni gündə Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanıyarlarsa, Yunanıstana bu dörd ölkəyə təzyiq edə bilməyəcək".

Türkiyədə Azərbaycan üçün narahatlıq

Mərkəz əməkdaşlarının Ankarada söhbət etdiyi siyasətçilər və ekspertlər İran və Rusiyanın son zamanlar Azərbaycana qarşı artan təzyiqindən narahatlılqarını bildiriblər:

“Çıxış yolu kimi Türkiyə-Azərbaycan ittifaqının daha da gücləndirilməsi mexanizmlərinin hərəkətə gətirilməsini göstərirlər.

Əlbəttə, ortada müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” var, sənədin müddəalarını sürətlə reallaşdırmaq lazımdır.

Rusiya və İran Azərbaycana problemlər yaradacaqlar".

Azərbaycan və Türkiyə konfederasiya yarada bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları Ankarada “Azərbaycanla Türkiyə arasında konfederasiya yaradıla bilərmi” sualına da cavab tapmağa çalışıblar. Bəziləri hələ ki, buna ehtiyacın olmadığını söyləsələr də, Rusiya və İranın Azərbaycana təhdidlərin artacağı halda Azərbaycanla Türkiyə arasında konfederasiya müzakirələrinin başlanacağını istisna etmirlər:

"Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqaz siyasəti müsbətdir. Bu siyasəti həm Azərbaycanda, həm də Türkiyədə uğurlu sayırlar. Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdi. Azərbaycanın müharibədə qələbə qazanmasında Türkiyənin əhəmiyyətli rolu oldu. Rusiya Cənubi Qafqazda və Azərbaycanda Türkiyə faktoru ilə hesablaşır. Türkiyə şirkətləri Qarabağda geniş tikinti işləri aparırlar. Ona görə də Azərbaycanda ən çox səslənən sual budur: “Türkiyədə hakimiyyət dəyişikliyi olarsa, Ankaranın Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?”

Mərkəz əməkdaşlarının Ankarada müxalifət nümayəndələri və müstəqil ekspertərlə görüşlərdən gəldiyi qənaət budur ki, Türkiyədə hakimiyyət dəyişərsə, Ankaranın Cənubi Qafqaz və Azərbaycan siyasəti dəyişməyəcək. Türkiyə xalqının və ordusunun Azərbaycana böyük rəğbəti var. Bu amillə Türkiyədə istənilən hakimiyyət hesablaşacaq. Ona görə də Türkiyədə hakimiyyət dəyişsə belə, Ankaranın Azərbaycan siyasətinin dəyişməyəcəyini vurğulamaq mümkündür".

Tarix
2022.11.06 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla