Yuxarı

Qaziyə avadanlıq verilir, yer yox... - Paşayeva

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Mədəniyyət Komitəsinin rəhbəri kimi bu ay içərisində qəbulda ortaya çıxan ciddi bir məsələdən danışmaq istəyirəm. İstəyirəm bütün hökumət üzvləri bu həllivacib məsələni bilsin. Məsələn, görüşdüyümüz şəhid ailələri, qazilər var, məşğulluq qurumundan onlara müvafiq iş qurmaqçün bütün avadanlıqlar verilib, ancaq avadanlıqları aparıb yığıblar evlərinə, yaxud yaxınlarının həyətinə. Çünki o avadanlıqları quraşdıracaq yerə, müvafiq torpaq sahəsinə malik deyillər. Mən şəxsən özüm, gələn müraciətlərin əsasında həm Bakının Sabunçu, Xətai, Xəzər rayonlarının, həm də, millət vəkili seçildiyim Tovuz rayonunun rəhbərliyi ilə bu barədə danışmışam. Əsas cavab bundan ibarətdir ki, bizim torpağımız, yerimiz yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuş müzakirəsi zamanı deyib.

“Bəs bu avadanlıqlar nə üçün verilir? Dövlət bu qədər vəsaiti ödəyir, bu avadanlıqları alır və avadanlıqlar insanların məşğulluğunu gücləndirmək üçün verilir. Bəs çıxış yolu nədən ibarətdir? Bəzi rayonlarda dövlətin ehtiyat fondunda torpaq var, deyirlər ki, ondan bir hissə bələdiyyələrin sərəncamına keçirilsə, oradan müvafiq təyinat üçün ayırmalar edilə bilər. Buna görə, mən çox xahiş edirəm, bu məsələ - özəlliklə bəzi rayonlarda şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı məsələlər öz həllini tapsın. Məsələn, təkər yamanması, maşınlara servis göstərilməsi üçün avadanlıq verilib – hamı bilir ki, insan bunu evin içərisində edə bilməz, bu avadanlıqlar verilirsə, bunun bir yeri də olmalıdı. Və ya bərbərxana avadanlıqları verilibsə, yenə bir yerin açılması lazımdır.

Ümumiyyətlə, bəzi rayonlarda qazilərin məşğulluğu ilə bağlı torpaq verilməsində problem var.

Xahiş edəcəyim digər bir məsələ var: Görünür, bəzi məsələlərdə individual yanaşma olmalıdır. Baxmayaraq ki, çoxsaylı deyil, amma bir neçə dəfə belə bir mənzərə ilə qarşılaşmışıq ki, evin tək oğlu şəhid olub. Nə atası var, nə də qardaş-bacısı – bir özü olub, bir də anası. O oğul da evlənib; məsələn, ana Mingəçevirdədi, şəhidin ailəsinə Samuxdan ev verilib. Ana hələ də kirayələrdə, onun-bunun yanında yaşayır. Yəni bu ananın nə başqa övladı, nə həyat yoldaşı var. Belə olan halda, düşünürük ki, evin tək oğlu olmuş şəhidlərin həyat yoldaşı və övladlarına mənzil verməklə yanaşı, tək qalmış ananın da düşünülməsi, onunçün də imkanların yaradılması çox yaxşı olardı. Mən bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişəm.
Çox xahiş edirik ki, bunlara ayrıca baxılsın.

3-cü məsələ əlilliyinin təyini uzun çəkən qazilərlə bağlıdır. Bəzi xəstəlikləri var, məsələn, əsəb-sinir sistemi ilə bağlı olan xəstəliklər. Bu xəstəliklə bağlı qazilərimiz Maştağada uzun müddət müalicə alır, müalicədən sonra qazi ya sağalır, ya da ona əlillik təyin olunmalıdır. Bu dövr ərzində müalicələr çox uzun çəkdiyindən, gərək onların dərman təminatına baxaq; çünki əlillik dərəcəsi alandan sonra problem yoxdur, onlar bütün təminatları əldə edir, amma əlillik alana qədər bu proses çox uzanır, dərmanlarsa bahadır.

Və son məsələ: Şəhid ailələrimiz var ki, evləniblər, amma rəsmi nikah olmayıb. Toyları olub, övladları var; sonra həyat yoldaşı şəhid olan xanımlarının övladları qanunən şəhid övladı statusu daşısa da, xanımın özü nikah sənədi olmadığı üçün şəhid ailəsi statusu əldə edə bilmir. Bu məsələyə də baxılmasına xahiş edirəm”, - millət vəkili bildirib.

Tarix
2022.11.26 / 01:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla