Axar.az
Yuxarı

MN-dən Rusiya MN-ə daha bir etiraz: Arzuolunmazdır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bundan başqa hər dəfə Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır.

Axar.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi bildirib.

"Bir daha bildiririk ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilmişdir.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını rəsmi müraciətimizdə qeyd olunan düzgün toponimlərlə ifadə etməyə çağırırıq.

Sonda Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların 26 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR", - açıqlamada vurğulanıb.

Tarix
2022.11.26 / 21:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirlikdən Türkiyədəki vətəndaşlarımıza müraciət

XİN Türkiyəyə başsağlığı verdi

Əliyevdən tapşırıq: Türkiyəyə xilasedicilər göndərilir

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Hərbçilərimiz Türkiyəyə yardıma gedir

Bakı Zəngəzur dəhlizini açacaq: səbəb… - Baqratyan

Volkovun dəstəsi “alver” edir: ermənilərin yolu qalmadı

İran buna görə Türkiyənin təklifini rədd etdi

İranda yeni etiraz: Rejimin şah damarını belə kəs!

Sentyabr döyüşləri haqda sensasiya: Arutyunyandan etiraf

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla