Yuxarı

Atatürk Rəsulzadənin qəzetini yasaq edibmiş - Sənəd

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürk Rəsulzadə arasında qəzet qalmaqalı yaşandığı deyilir. Belə ki, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Məhəmməd Əmin Rəsulzadənin Almaniyada nəşr etdirdiyi "İstiqlal" qəzetinin Türkiyəyə girməsini qadağan edib.

Qəzetin Türkiyədə yayılmasının yasaqlanması üçün çıxan bu qərarın nədən, hansı məqaləyə görə verildiyi bilinməsə də, onun Türkiyədə yayılmasının qarşısının alınması haqqında Mustafa Kamal Atatürkün imzası ilə sənəd var.

"Axar.az" "Etatist.com"a istinadən xəbər verir ki, əldə edilən sənəddə, Atatürkün imzası ilə yazılmış Qərarnamə mövcuddur. Qəraranamədə Rəsulzadənin Berlində nəşr elətdirdiyi "İstiqlal" qəzetində Türkiyə əleyhinə yazılar olduğuna görə, onun Türkiyədə yayılması qadağan olunub:

Qərarnamədə deyilir:

"Türkiyə sərhədlərindən çıxarılan Rəsulzadə Məhəmməd Əmin bəy tərəfindən Berlində nəşr olunan "İstiqlal" qəzetinin ölkəmiz əleyhinə zərərli yazılar yazdığı anlaşıldığından, Mətbuat Qanununun 50-ci maddəsinə görə, Türkiyəyə girməsinin qarağan olunması; Daxili İşlər Vəkilliyinin 3.10.1934 tarix və 580 saylı məktubu ilə edilən təklifə əsasən İora Vəkilləri Heyəti tərəfindən 9.10.1934-cü ildə qəbul olunub".

Bu qərardan sonra Rəsulzadə bir sıra Avropa ölkələrində mühacir fəaliyyəti ilə məşğul olub. 1947-ci ildə yenidən İstanbula qayıdıb. 1949-cu ildə "Azərbaycan kültür gələnəkləri" adlı kitabı çıxan Rəsulzadə, bundan sonra da bəzi işlər həyata keçirib.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada vəfat edib. Qeyd edək ki, "İstiqlal" qəzeti 1932-ci ildən ayda 3 dəfə olmaqla çap edilirdi. Qəzet 1934-cü ildə fəaliyyətini dayandırıb.

Tarix
2014.01.22 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla