Yuxarı

Azərbaycanlı yenidən MHP-də: Baxçalının sonu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) İqdırdan olan keçmiş millət vəkili, əslən azərbaycanlı Sinan Oğan yenidən partiya sıralarına qəbul olunub.

Axar.az xəbər verir ki, məhkəmə Sinan Oğanın etirazını qəbul edib.

Sinan Oğan Tvitterdən qərara münasibət bildirib:

"Ədalət öz yerini tapdı. Məhkəmə haqqımda verilən partiyadan çıxarılma qərarını ləğv etdi".

Sinan Oğan bir müddət öncə MHP rəhbərliyini tənqid etdiyi üçün partiyadan uzaqlaşdırılmışdı. Azərbaycanlı siyasətçi bu qərardan məhkəməyə müraciət etmişdi.

Hazırda siyasi kulislərdə Sinan Oğanın MHP sədrliyinə namizəd olacağı iddia edilir. Ötən gün keçirilən parlament seçkisində MHP İqdırda məğlub olub. Buna səbəb kimi isə Sinan Oğanın MHP-dən uzaqlaşdırılması göstərilir.

Qeyd edək ki, əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ildə İqdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.

Tarix
2015.11.02 / 14:58
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla