Yuxarı

Hindistan Ermənistana Su-30 yardımına hazırlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan Ermənistana Su-30 yardımına hazırlaşır

2020-ci ildə Rusiyadan alınan adlı Su-30 SM döyüş təyyarələri İkinci Qarabağ müharibəsində istifadə edilmədi. Azərbaycanın Su-25 təyyarələri və “Bayraqdar TB 2” PUA-ları bu çatışmazlığa görə Ermənistanın HHM obyektlərinə və Quru Qoşunlarına ağır zərbələr endirə bildi.

Axar.az xəbər verir ki, bu sözlər Hindistanın “İndian Defence Research Wing” portalında yayımlanan “Ermənistan öz S-30 SM-ləri üçün Hindistanın təcrübəsindən istifadə etməyə maraqlıdır” (Armenia keen on India’s expertise for its SU-30 SM fleet) adlı məqalədə qeyd olunub.

Bildirilib ki, Yeni Dehli və İrəvan arasında hərbi əməkdaşlıq sahələrindən biri də bu istiqamətdədir:

“Ermənistan Hərbi Hava Qüvvələrinin kəskin tənqidlərə məruz qaldığı döyüşlər zamanı Su-30 SM-lərin istifadə olunmamasının əsas səbəblərindən biri erməni pilotların kifayət qədər hazırlıqlı olmamasıdır. Digər səbəb isə Ermənistanın Qarabağ müharibəsi başlamazdan əvvəl təyyarələr üçün raketlər ala bilməməsidir. Ölkə mediasının məlumatına görə, müharibə zamanı Ermənistanın sözügedən təyyarələr üçün əlində yalnız adi raketlər olub. Ona görə də Ermənistan indi öz Hərbi Hava Qüvvələrini Hindistan tərəfindən modifikasiya edilmiş Su-30 MKI-lər hesabına gücləndirmək istəyir. Hindistanla Ermənistan arasında hərbi əməkdaşlıq pilotların təlimlərindən tutmuş bu ölkənin Hərbi Hava Qüvvələrinin bəzi silahlarla təchiz edilməsinə qədər bir çox sahəni əhatə edə bilər. Lakin Azərbaycanla sərhəddə konfliktin davam etdiyi vaxtda hələ ki, danışıqlar aparılır...”

Tarix
2023.01.05 / 08:00
Müəllif
Söhrab, Tural
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla