Yuxarı

Bu rayonlarda qaz olmayacaq - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Abşeron, Siyəzən, Astara, Ağdaş, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Axar.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 4-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Türkan-2" və "Masazır", Siyəzən magistral qaz kəmərləri sahəsinin "Qobustan" və ''Yalama'', Astara magistral qaz kəmərləri sahəsinin "İmişli", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Şəmsabad" və ''Göyçay-1'', Ağdam magistral qaz kəmərləri sahəsinin "Kətəlparaq" və "Azadqaraqoyunlu", eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin "Şıxlı", ''Ağköynək'', Gədəbəy'' və ''Daşkəsən'' qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bərdə rayonunun Kətəlparaq, Ağdaş rayonunun Qəribli, Xosrov və Əmirmahmud, Göyçay rayonunun Potu, Cəyirli və Çararxı, Qazax rayonun Ağköynək, Qarapapaq, Şıxlı 1, Şıxlı 2, Qaymaqlı və Kəmərli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Türkan kəndinin, Abşeron rayonunun Masazır qəsəbəsinin, eləcə də Qobustan, Xaçmaz, Ağdam, Tərtər, Gədəbəy, Daşkəsən və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Tarix
2015.11.03 / 18:45
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla