Yuxarı

Gürcü patriarxı İlham Əliyevdən nə istədi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Bütün Gürcüstanın patriarxı II İlya ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. II İlya İlham Əliyevin Gürcüstana səfərinə görə ona minnətdarlığını bildirib. Patriarx Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin digər ölkələr üçün nümunə olduğunu deyib:

"Biz əlimizdən gələn hər şeyi edirik ki, Qafqazda sülh olsun. Sizin çox böyük siyasi təcrübəniz var. Ümid edirik ki, bizim xalqlar sülh içində və qayğısız yaşayacaqlar. Onu da nəzərinizə çatdırmaq istərdim ki, bizim dinlərimiz arasında da çox yaxşı münasibətlər var. Bizim Şeyx Allahşükür Paşazadə ilə də münasibətlərimiz dostluq səviyyəsindədir. Hələ Sovet dövründən yaxşı tanışıq. Biz Qafqaz xalqlarının avtoritetini qorumuşuq. Əlbəttə ki, bizim aramızda həll olunması gərəkən məsələlər də var. Məsələn, Rus Provaslav Kilsəsinin öz yepiskopluğu var və arzu eləyərdik ki, Gürcüstanın da belə bir şeyi olsun. Azərbaycan ərazisində yerləşən David Qareci monastır kompleksinin üç monastırı (Qədim Alban məbədi olan Qaraca məbədi – Keşikçidağ monastırı nəzərdə tutulur – red.) bizim üçün böyük dəyər kəsb edir. Bu məsələ sonralar həll oluna bilər. Biz hər şeyi edirik ki, Qafqazda sülh olsun, amma bu, hər zaman alınmır. Biz Azərbaycanla Gürcüstanın ərazi bütövlüyünün pozulmasından narahatıq. Ümid edirik ki, Azərbaycanla Gürcüstanın ərazi bütövlüyü bərpa ediləcək".

Qeyd edək ki, Qaraca məbədi qədim Alban məbədidir və Azərbaycanın ərazisində yerləşir. 2007-ci ildə yüksək səviyyədə təmir edilən bu məbəd hazırda qoruq ərazisidir.

Bu tarixi mədəniyyət abidəsi 11-12-ci əsrlərə qədər Alban kilsəsi olub, yalnız sonradan, Azərbaycanda islam geniş yayıldığı zaman azərbaycanlıların toxunmadığı bu məbəd gürcülər tərəfindən ziyarət edilib.

Tarix
2015.11.06 / 16:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla