Yuxarı

İranda yeni etiraz: Rejimin şah damarını belə kəs!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda həmişə toplumsal hərəkətlər olub. Özü ilə bərabər bəzi yeniliklər də gətirib. Biz bu toplumsal, inqilabçı və protest hərəkətləri xalqın küçələrdə rejimə qarşı şüarlarında, nümayişlərdə deyil, başqa şəkildə də görə bilərik. Bu etirazlar passiv dirəniş və passiv müqavimət yolu ilə davam edir.

Bu sözləri Axar.az-a Təbriz Tədqiqat Mərkəzinin Eksperti və “Varlıq” jurnalının yazıçılar şurasının üzvü Babək Şahidi deyib.

O, İrandakı aksiyaların davam edən müxtəlif formalarından danışıb:

“Etiraz formaları arasında pulların üzərində müxtəlif məzmunlu sözlərin yazılması, eləcə də divarlara milli şüarların həkk olunmasını misal göstərmək olar. Etirazçılar, xüsusilə də gənclər hər bir şəhərin rəmzi olan binaların qarşısında şəkil çəkməklə öz münasibətini bildirmiş olur. Məsələn, Tehranda Azadi meydanında gənclərin rəqs etməsi buna nümunədir. Xanımların Hədis Nəcəfi kimi saçlarını bağlama şəkli də məşhur trendlərdəndir. Gənclər saçlarını bu cür yığıb video çəkir, paylaşım edirlər. Təbrizdə Ərk qalasının yanında, yaxud da Şəhriyarın məzarının önündə rəqs nömrələrinin təşkil olunması - bunlar bir rəmzi məna daşıyan hərəkətlər olaraq meydana çıxıb və indi də davam edir”.

Babək Şahidi bildirib ki, həvəskar musiqi qruplarının kütləvi etirazlarla bağlı mahnılar oxuması da aksiyanın geniş yayılmış formalarındandır:

“Buna “devrim öz sənətini yaradıb” da demək olar. Son zamanlarda İranda, Güney Azərbaycanda rep və rok musiqi qruplarının məşhurlaşdığını görə bilərik. 20 yaşlı azərbaycanlı gənc repçinin üsyankar musiqləri geniş kütlə tərəfindən izlənilir. Ola bilər ki, küçə və meydanlarda sakitlikdir, lakin passiv dirəniş bu etirazların davam etdiyini göstərir. Yaxın zamanlarda o passiv dirəniş dinamik dirənişə dönəcəkdir”, - deyə o vurğulayıb.

O, qadınların hicab geyinmə ənənəsindəki dəyişikliklərə də toxunub:

“İnqilabın əvvəlində qadınlar çarşab geyinmək məcburiyyətində idilər. Lakin passiv dirənişin sayəsində çarşab taxmaq şəkli də dəyişdi. Əvvəlki kimi tamamilə örtülü deyil, Tehranda boyunlarına şal taxaraq gəzən qadınları görmək olar. Bu, İranın şəriətçi zehniyyətinə qarşı göstərilən passiv dirənişdir. Bu aksiyalar uzun müddətdir var, gənc nəsil tərəfindən də həyata yenidən vəsiqə alıb”.

Qeyd edək ki, İranda banklardan pul çıxarılması və pulun üzərinə şüarların yazılması aksiyası geniş yayılıb. Sosial şəbəkələrdə “bank hesabından pul çıxar, Xamenei rejiminin şah damarını kəs” kampaniyası başladılıb.

Tarix
2023.02.05 / 09:00
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla