Yuxarı

Baqratyan: Bakı Zəngəzur dəhlizini açacaq: səbəb… - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baqratyan: Bakı Zəngəzur dəhlizini açacaq: səbəb… - Video

09:00

Siz Azərbaycanın hansı yolla Zəngəzur dəhlizini açacağını soruşursunuz. Bu haqda üçtərəfli bəyannamənin 9-cu maddəsində yazılıb. Orada Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yeni yolun tikilməli olduğu yazılıb. Üstəlik, yolu Ermənistan özü tikməlidir və sənəddə maneəsiz hərəkətdən bəhs edildiyini unutmayın.

Axar.az xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Baqratyan Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını vurğulayıb:

“Bu gün Rusiya Paşinyandan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bütün bunlar əldə olunan razılaşmaların tərkib hissəsidir. ABŞ və Fransaya gəldikdə isə onlar dəqiq şəkildə bu dəhlizin əleyhinə deyillər.

Nikolun avropalı müşahidəçiləri dəvət etməsinin də heç bir yaxşı nəticəyə gətirib çıxarmayacağı faktdır. Ermənilər veyillənən avaraya çevriləcək. Bəs bizi yaxın gələcəkdə nə gözləyir? – Yaxşı heç nə!”

O bildirib ki, Laçın dəhlizini Paşinyan özü bağlayıb:

“Azərbaycan Naxçıvana dəhliz tələb edir. Bu haqda üçtərəfli bəyanatda yazılıb. Azərbaycan əlbəttə ki, Naxçıvana yolu açacaq. Amma Qarabağda üç-dörd ilə bir nəfər də olsun erməni qalmayacaq. Bu gün Qafan və Cermukda (İstisu) insanlar evlərini satırlar. Bu o deməkdir ki, Zəngəzurda da bir nəfər də olsun erməni qalmayacaq”.

Tarix
2023.02.06 / 10:10
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla