Yuxarı

Azərbaycan İranla İsrail arasında vasitəçilik edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan İranla İsrail arasında vasitəçilik edir? – Şərh

Davosda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin İsrail liderləri ilə görüşdən sonra İran prezidenti ilə müzakirələr aparması diqqətdən yayınmadı. Bəzi müşahidəçilər İran-İsrail münasibətlərində bölgədə sürətlə nüfuz qazanan Azərbaycanın vasitəçilik missiyasının mümkünlüyü versiyasını irəli sürdülər.

Bu iddialar nə qədər həqiqətə uyğundur?

İsrail Azərbaycana daha yaxındır

"Azərbaycan prezidentinin hər dəfə Davosda İsrail liderləri ilə görüşməsinin özü artıq hər şeyi sübut edir".

Bunu "Axar.az"a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vasitəçiliyi istisna edərək dedi. Onun sözlərinə görə, İsrail Azərbaycana daha yaxın ölkədir:

- İranda prezident seçkisindən sonra Azərbaycan lideri ilə heç bir görüş olmamışdı və bu görüşü protocol görüşü adlandırmaq olar. Bizim İsraillə əməkdaşlığımız isə daha sıxdır. Biz İsraildən başqa ölkələrdən ala bilməyəcəyimiz silahları alırıq, İsrailsə neftimizin alıcısıdır. Həmçinin İsrail ərazi bütövlüyümüzü tam dəstəkləyir. Amma İran yenə də Ermənistan və onların diplomatları ilə əlaqədədir. Yəni İrandakı yeni prezident seçkilərindən sonra da bu ölkənin Azərbaycana qarşı münasibətində müsbətə doğru heç nə dəyişməyib".

E.Şahinoğlu hazırda İranla münasibətlərin yüksək səviyyədə olmamasının əsas səbəbini Ermənistan amili ilə əlaqələndirdi:

- Biz də istəyərdik ki, İranla münasibətlər yüksək səviyyədə olsun, amma İran hələ də Ermənistana dəstək verir, Xəzərin statusunun müəyyənləşdirilməsini ləngidir, bir sıra terrorçular oradan Azərbaycana keçib aranı qatmaq istəyirlər.

Tarix
2014.01.24 / 17:31
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla