Yuxarı

Gülər Əhmədovanın məhkəməsində ilginc sənəd

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gülər Əhmədovanın məhkəməsində ilginc sənəd

Bu gün sabiq deputat, adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan Gülər Əhmədovanın məhkəmə prosesi davam edəcək.


"Axar.az" xəbər verir ki, "Aznews.az"a daxil olan məlumata görə, G.Əhmədovanın vəkili icazəsiz video çəkilişdən məhkəmədə sübut kimi istifadə edilməməsi üçün vəsatət qaldıracaq. Ancaq bununla bağlı Konstitusiya Məhkəməsindən qanunun müvafiq maddəsinə şərh almaq mümkün olmayıb.

Buna görə də G.Əhmədovanın müdafiəçiləri qanunun bu maddəsi ilə bağlı Ukrayna Konstitusiya Məhkəməsinin şərhindən istifadə etməyi nəzərdə tutub.

Sözügedən şərh G.Əhmədovanın keçmiş vəkili, məhkəmə ərəfəsində G.Əhmədova ilə müqaviləsinə xitam verilən Raqif Mustafayev tərəfindən əldə edilib. Ancaq məhkəmədə R.Mustafayev G.Əhmədovanın vəkili kimi çıxış etmədiyindən, sözügedən şərhdən hansı formada istifadə ediləcəyi hələlik məlum deyil.

Xəbəri təsdiqləyən R.Mustafayev bildirib ki, qanunsuz çəkiliş və səs yazısından məhkəmədə sübut kimi istifadə olunmaması barədə Ukrayna Konstitusiya Məhkəməsinin şərhini o, şəxsi təşəbbüsü ilə əldə edib:

"Bizim Konstitusiya Məhkəməsi belə şərh vermədi. Ona görə də mən istintaq müddətində bu barədə araşdırma apardım. Ukrayna və Azərbaycan Konstitusiyaları oxşardır. Bizim Konstitusiya Məhkəməsindən fərqli olaraq, Ukraynanın Konstitusiya Məhkəməsi qanunun müvafiq maddəsinə şərh verib və həmin şərhdən məhkəmə prosesində istifadə nəzərdə tutulur. Ancaq mən daha Gülər Əhmədovanın vəkili deyiləm və topladığım bütün materialları digər vəkilə təqdim etmişəm. Onun məhkəmədə həmin materialdan necə istifadə edəcəyini isə söyləyə bilmərəm".

Tarix
2013.10.28 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Tokayevi təbrik etdi

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

Mirziyayevdən unikal təklif: Xəzər dənizində...

Əliyev və Mirziyayev açılış mərasimində iştirak etdilər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla