Yuxarı

Millət vəkili: "Bu qalmaqalın əhaliyə nə dəxli var?"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: "Bu qalmaqalın əhaliyə nə dəxli var?"

Hər iki dövlət qurumu məsələyə diqqətlə yanaşmalı, problemi təcili həll etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fuad Muradov Azəristiliktəchizat ASC və Azəriqaz İB arasında yaranan borc qalmaqalına münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, iki qurum arasında yaranan qalmaqal nəticəsində əhali əziyyət çəkir:

"Son günlərdə Azəristiliktəchizat ASC və Azəriqaz İB arasındakı borc qalmaqalı üzündən ölkədə əhalinin istiliklə təmin olunmasında ciddi sosial problem yaranıb. Azərbaycanda ölkə başçısının rəhbərliyi altında sosial problemlərin həlli istiqamətində inkişaf gedir. Bu inkişafın istiqamətləri bəllidir. Dövlətimizin, prezidentimizin siyasəti vətəndaşların rifahına, onların sosial şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Ona görə də digər dövlət qurumları bunu rəhbər tutaraq hərəkət etməlidirlər. "Azəristiliktəchizat" da, "Azəriqaz" da məsələyə daha məsuliyyətli yanaşmalıdır. Qarşıdan qış gəlir və binalarda, bağçalarda, məktəblərdə, xəstəxanalarda insanların istiliklə təmin edilməsi məsələləri var. Əgər iki dövlət qurumu arasında borc və ya başqa problem varsa, bunun əhaliyə nə dəxli var? Bütün hallarda əgər problem varsa da, hər iki dövlət qurumu buna məsuliyyətli yanaşmalı və onu təcili həll etməlidirlər. İkincisi, əgər bu problem var idisə, onun həllini mütləq qışa saxlamaq lazım idi? Olmazdı ki, bir-birinə qarşı olan irad və ya ittihamlarını yayda deyib, məsələni həll edəydilər? Üçüncüsü, "Azəristiliktəchizat" da, "Azəriqaz" da hər ikisi dövlət qurumudur və hər ikisi Azərbaycan qanunlarına tabe olmalıdır. Ona görə heç bir halda əhalinin bu məsələlərdən narazı qalmasına yol verilməməlidir. Mən hər ikisini ciddi addımlarla məsələni tezliklə həll etməyə çağırıram".

Tarix
2015.11.20 / 00:16
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Paşinyan da mənimlə eyni fikirdədir - İlham Əliyev

Bu halda sülh sazişi üçün heç bir maneə qalmayacaq

Prezident separatçılara verilən cəzadan danışdı

Bizə Fransa ilə heç bir problem lazım deyil - Əliyev

İlham Əliyev Fransa kanalına müsahibə verdi

Bizim çox üstünlüklərimiz var - Prezident

Tramp bununla böyük bir iş gördü - Əliyev

Bu gün Azərbaycan ehtiyac duyulan ölkədir - Prezident

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

BMT tam iflic vəziyyətə düşüb - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla