Yuxarı

Bu, Tehranın Bakıya qarşı hibrid savaşıdır – Türk general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Quru Qoşunları komandanı Azərbaycana qarşı yalan, iftira, böhtan dolu və özündə cəmiyyətdə saxta fikir formalaşdırma əməliyyatının elementlərini əks etdirən bir açıqlama verib. Hər şeydən öncə bunu ifadə etmək istəyirəm ki, şanlı Azərbaycan Ordusu öz gücünə görə Cənubi Qafqazda birinci yerdə və dünya ölkələri arasında isə təxminən əllinci sıradadır. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti Ordusunun imkanları və övladlarının canı-qanı hesabına qələbə qazanıb. Burada başqa ünsürlər olmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz İran ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin Azərbaycana qarşı iddiaları və guya 44 günlük müharibədə Azərbaycana “terrorçuların gətirilməsi” haqda böhtanına cavab olaraq deyib.

General işğal və Vətən müharibəsi dövründə İran ərazisindən terrorçuların Ermənistan və Qarabağa daşındığını vurğulayıb:

“Kiyumərs Heydərinin öz açıqlamasında Qarabağ müharibəsində xüsusilə İŞİD terrorçularının iştirak etməsini vurğulamasının əsas məqsədi bu məsələdə həssas olan ABŞ və Avropanı Azərbaycana qarşı qoymaqdır. Azərbaycanda heç bir ölkənin silahlı və ya silahsız hərbi bazası yoxdur. Hər bir dövlət kimi Azərbaycan da ikitərəfli və çoxtərəfli əlaqələr çərçivəsində müxtəlif görüşlər və hərbi təlimlər keçirə bilər. Eyni addımları İran da atır. Yəni demək istəyirəm ki, burada İsrailin hər hansı bir formada hərbi mövcudluğundan söhbət gedə bilməz. İsrail və terrorçuların hələ də Azərbaycan ərazisində olması barədə deyilən sözlər tamamilə və başdan sonadək yalandır. Əgər İran terrorçu axtarırsa, İraqa, Suriyaya, Yəmənə, Livana, Tacikistana və başqa yerlərə yetişdirib göndərdikləri terrorçulara baxsın. Eyni zamanda həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə PKK və PYD-nin muzdlu terrorçuları İran ərazisindən Ermənistana və Qarabağa daşınıb. Ona görə onlar belə mövzularda danışanda çox diqqətli olmalıdırlar”.

Yücel Karauz Kiyumərs Heydərinin açıqlamasını İranın Azərbaycana qarşı apardığı hibrid savaşın davamı kimi qiymətləndirib:

“Belə açıqlamalar həm də İranın guya Azərbaycanın Zəngəzuru “işğal” etməsi ilə Ermənistanla sərhədin dəyişəcəyi haqqında yalana dünyanı inandırmaq cəhdidir. Zəngəzur dəhlizi İran-Ermənistan sərhədini dəyişdirmir. İran sərhəddə 132 km-lik Azərbaycan torpağı işğal edilərkən nə “qırmızı xətdən”, nə də sərhədlərin toxunulmazlığından danışdı. Bəs indi nə oldu ki, sərhədlər dəyişdirilmədiyi halda “qırmızı xətt” açıqlamasını vermək ehtiyacını hiss edirlər? Azərbaycanın nə İran, nə də Ermənistan torpağında gözü yoxdur və özünün beynəlxalq aləm tərəfindən tanınmış suveren ərazisi içərisində sülh və sabitlik şəraitində yaşamaq istəyir. Lakin bu iki dövlət Azərbaycana qarşı çox ağır və təxribatçı dezinformasiya aparır, eyni zamanda hücum hazırlığı görür. Heydərinin açıqlaması son bir ildə Azərbaycana qarşı aparılan hibrid müharibənin - sərhədə yaxın ərazilərdə keçirilən hərbi təlimlərin, səfirliyə edilən terror hücumunun, SEPAH-ın yayımladığı təhdid videolarının və s. davamıdır. Lakin etdikləri boş yerə yorulmaqdan başqa bir şey deyil. Bunlarla Azərbaycana zərbə vura bilməzlər”.

Tarix
2023.03.31 / 13:27
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla