Yuxarı

Prezidentdən mediaya növbəti böyük dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən mediaya növbəti böyük dəstək

Prezident İlham Əliyevin “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu”nu təsdiq etməsi media sahəsi üçün yeni nəfəsliyin açılması deməkdir. Qərara əsasən, media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən 3 il müddətinə azad edilib.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı deyib.

O bildirib ki, media sahəsində illərdir çalışanlar üçün bu qərarın əhəmiyyəti olduqca böyükdür, çünki reklam bazarının istənilən səviyyədə olmaması və iqtisadi çətinliklərin mövcudluğu sirr deyil və bu, həmişə peşəkar fəaliyyətə problemlər yaradıb:

“Bu baxımdan, Prezidentin qərarını media üçün böyük dəstək və “nəfəslik” olaraq dəyərləndirmək lazımdır:

- bu qərar iqtisadi imkanlarımızı genişləndirəcək.

- reklamdan gələn gəlirlərin artmasına şərait yaradacaq.

- jurnalistlərin əmək haqlarının yüksəlməsini və həmişə ciddi problemlərdən biri olan əmək müqavilələrinin bağlanmasını stimullaşdıracaq.

Əlbəttə, reklam bazarının zəif olması media subyektlərinin böyümək, fəaliyyətini genişləndirmək baxımından imkanlarını məhdudlaşdırır, ciddi çətinliklərlə üz-üzə qoyur, eyni zamanda əməkdaşların layiq olduqları yüksək əmək haqqı almasını çətinləşdirir. O cümlədən, yüksək gəlir əldə edə bilməyən media subyektlərinin əməkdaşları ilə rəsmi əmək müqaviləsi bağlaması da asan olmur. Çünki media subyektləri əmək haqları və vergilərin verilməsi arasında çətin seçim qarşısında qalırlar.

Prezidentin bu qərarı məhz bu problemlərin böyük ölçüdə həllinə şərait yaradır. Bu qərar mediamızın inkişafı, maddi bazasının güclənməsinə xüsusi töhfədir”.

A.Camalqızı bildirib ki, bu imkanları yaratdığı üçün media subyekti olaraq cənab Prezidentə təşəkkür edirik:

“Prezident İlham Əliyevin media sahəsində həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verir. Əminliklə bir daha bildirmək istəyirəm ki, bu qərarın da müsbət nəticəsini ictimaiyyət hiss edəcək”.

Tarix
2023.04.02 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla