Yuxarı

İki müəssisə ləğv edilir - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səyyar Dəniz Balıq Ovu ASC və Gəmi Təmiri ASC 2000-cil ildən bu günə qədər faktiki fəaliyyət göstərməyib. Yalnız kağız üzərində adları olub.

Bu sözləri Axar.az-a Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Vüqar Sadıqov söyləyib. Onun sözlərinə görə, Səyyar Dəniz Balıq Ovu ASC və Gəmi Təmiri ASC 2000-ci ildə özəlləşdirilməyə açıq elan ediliblər:

"Sonradan, 2013-cü ildə bu qurumlar Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansına verilib. Həmin müəssisələrin balansında əmlak olmayıb".

Qurum rəsmisi qeyd edib ki, ölkə prezidentinin müvafiq fərmanı ilə Dövlət Xəzər Dəniz Gəmiçiliyi ləğv edilərək Dövlət Neft Şirkətinin Xəzər Neft Donanmasının bazasında Xəzər Dəniz Gəmiçiliyi QSC yarandı:

"Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti kimi yenidən formalaşandan sonra həmin müəssisələr Xəzər Dəniz Gəmiçiliyi QSC-yə keçdi. Sadəcə, indi hüquqi prosedur qaydalarına əsasən, dekabrda səhmdarların iclası çağırılması yolu ilə müvafiq qərar qəbul ediləcək".

Xatırladaq ki, Vergilər Nazirliyinin "Vergilər" qəzetinin yaydığı məlumata görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC özünün iki müəssisəsini – Səyyar Dəniz Balıq Ovu ASC və Gəmi Təmiri ASC-nin ləğv edilməsi məsələsini nəzərdən keçirəcək.

Tarix
2015.11.26 / 08:00
Müəllif
Vüqar Şahinoğlu
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla