Yuxarı

Rusiyadan Qərbə: “Qapımız açıqdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya döyüş təyyarələrinin Suriyada təşkil etdiyi əməliyyatlar nəticəsində İŞİD-in yeni torpaqlar işğal edərək böyüməsinin qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitriy Peskov "Rusiya 1" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ liderliyi ilə qurulan Qərb koalisiyası 15 aylıq fəaliyyəti dövründə terrorçulara qarşı uğurlu əməliyyat keçirə bilməyib:

"ABŞ liderliyindəki koalisiya 15 aydır İraq və Suriyada əməliyyatlar təşkil edir. Ancaq təəssüf ki, bu əməliyyatların nəticəsində, İŞİD daha geniş torpaqlara sahib oldu. Rusiya Hava Qüvvələrinin çox qısa müddətdir davam edən əməliyyatları sayəsində ilk dəfə vəziyyət kökündən dəyişdi və terrorçuların nəzarətindəki ərazilər daralmağa başladı".

Rusiyanın ABŞ liderliyindəki koalisiya ilə hər cür əməkdaşlığa hazır olduğunu deyən Peskov artıq Fransa ilə bu barədə razılığa gəldiklərini bildirib.

"Qapımız açıqdır. Rusiya və Fransa hərbi səlahiyyətliləri Suriyada təşkil olunan əməliyyatlarda koordinasiya olunacaq. Koalisiyanın digər üzvləri ilə də bu barədə əməkdaşlıq edə bilərik", - Peskov qeyd edib.

Tarix
2015.11.28 / 17:14
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla