Yuxarı

İrəvanla hansı “kompromis” ola bilər ki?! - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanla hansı “kompromis” ola bilər ki?! - Ekspert

Ermənistan mətbuatında Vaşinqtonda gedən danışıqlar haqqında verilən xəbərlər qismən həqiqəti əks etdirir. Çünki Azərbaycan öz ərazi bütövlüyünə zidd olan heç bir sənədə imza atmayacaq. Lakin belə xəbərlərin verilməsindəki əsas məqsəd əhalini qızışdırmaq və Paşinyan hakimiyyətinə qarşı qaldırmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan mətbuatında Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında davam edən görüşlər barədə verilən məlumatlar haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi ölkəmizin öz qələbəsi ilə yeni geosiyasi reallıq yaratdığını, güzəştin olmayacağını qeyd edib:

“Hraparak” kimi mətbuat orqanları rusmeyilli olduğu üçün belə xəbərləri daha çox cəmiyyəti qıcıqlandıracaq şəkildə yayır. Ermənistandakı Qarabağ klanı yenidən hakimiyyətə gəlmək istəyir və bunların söykəndiyi baza isə separatçılar, ordu içərisindəki müəyyən adamlar, bir də Rusiyadır. Bəhs etdiyimiz media Vaşinqtondakı danışıqlarla bağlı Qarabağdakı ermənilərin gələcəyinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxıldığını qabartmaqla Paşinyanı hədəfə qoyur. Məqsəd informasiya vermək yox, Ermənistanda iqtidarın “xəyanəti” haqqında cəmiyyəti aldatmaqdır. Paşinyan isə əks-həmlə olaraq onu ittiham edənlərin bundan öncə Madrid prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirib. Bu, Kazan görüşlərində və Lavrov planında da dəyişməyib. Müxalifət əvvəllər irəli sürülən Qarabağdakı ermənilərə özünü idarəetmə hüququnun verilməsi məsələsini yenidən gündəmə gətirə bilər. Lakin bütün bunlar üçün artıq çox gecdir, çünki Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə yeni geosiyasi reallıq yaradıb. Milli-mədəni hüquqları Azərbaycan Konstitusiyası çərçivəsində qorumağı isə dövlətimiz çoxdan üzərinə götürüb. Əgər müharibə olmadan sözügedən prinsiplər əsasında sülh imzalansa idi, hansısa kompromislərdən söhbət gedə bilərdi. İndi isə Ermənistanın təsəvvür etdiyi “kompromis” olmayacaq!"

Tarix
2023.05.04 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla