Yuxarı

Bay Kamal debata çağırdı, Ərdoğanın cavabı…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bay Kamal debata çağırdı, Ərdoğanın cavabı…

Bizim onunla danışacaq heç bir məsələmiz yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri, Cümhur İttifaqının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan “CNN Türk”ə açıqlamasında Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun teledebat təklifinə cavab olaraq deyib.

“İndi məni televiziyaya çağırır. Mənimlə nə danışacaqsan? Nə nailiyyəti var, nə də vizyonu. Sizinlə Okmeydan rayonundakı Sosial Sığorta İdarəsinin xəstəxanasını (Kılıçdaroğlu 90-cı illərdə Sosial Sığorta İdarəsinə rəhbərlik edib – red.) müzakirə edim? Yoxsa, seçkilərdə 1 faiz səs belə toplaya bilməyənlərə parlamentdə 40 yer verdiyinizdən danışaq?” - Ərdoğan bildirib.

Qeyd edək ki, Kılıçdaroğlu Ərdoğanın “terrorçularla işbirliyi”ni “sübut etmək” üçün onu teledebata çağırıb. Ərdoğan isə təklifi rədd edib və deyib ki, Kılıçdaroğlu onun terrorçularla işbirliyini sübut edə bilmirsə, deməli, vicdansız insandır.

Tarix
2023.05.26 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

Milli Məclisin iclası başladı

Prezident Marqus Tsaxnanı qəbul etdi

"Sülh körpüsü": Yaradılan komitələrdə müzakirələr keçirildi

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla