Yuxarı

İran küncə sıxışdı, xilas yolu axtarır - Cavanşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sultan Heytəm bin Tariq əs-Səidin İrana nəzərdə tutulan səfərində bir neçə məqsəd ola bilər. Təşəbbüsün Tehrandan gəldiyini düşünmək inandırıcı görünmür.

Bu sözləri Axar.az-a tanınmış güneyli jurnalist və araşdırmacı-yazar Abdullah Əmir Haşimi Cavanşir Oman sultanının İrana səfərinin məqsədini şərh edərkən deyib.

Onun sözlərinə görə, Tehranın qonşuluq siyasətində müsbətə doğru dəyişiklik olduğunu və ərəb ölkələri ilə münasibətlər qurmaq cəhdinin önə çıxarılması düzgün nəzəriyyə deyil:

“İran daxilində 9 aydır hökm sürən siyasi və iqtisadi problem, Suriya və Yəməndəki uğursuzluq onu geriyə addım atmağa məcbur edir. Geriyə çəkilsə də, Tehran hökuməti keçmiş səhvlərindən məntiqi nəticə çıxarmayıb. Həqiqi yumşalma ilk növbədə daxildə siyasi və iqtisadi islahatlardan başlamalı idi. Bu da özünü xarici siyasətində büruzə vermiş olardı. Yalnız bu halda İranın diplomatik münasibətlərdə yumşalma siyasəti apardığı inandırıcı görsənərdi. İranda belə bir islahat olmadığı üçün Tehranın sadəcə xilas yolu axtardığını düşünmək olar”.

O, Tehranın yumşalma siyasəti kimi təqdim etdiyi məsələlərdə ziddiyətli məqamların olmasına diqqətə çəkib:

“İran Çin vasitəsi ilə Ərəbistanla münasibətlərini yaxşılaşdırır, digər yandan su məsələsinə görə Əfqanıstanda Taliban hökuməti ilə gərginlik yaradır. Türkiyə ilə münasibəti göz önündədir. Müxtəlif yolla seçkilərə müdaxilə etmək istəyir. Azərbaycanla hələ də gərgin münasibəti dəyişməz olaraq qalır. İran tərəfi qonşuların məsləhətli sözlərinə qulaq asmağa məcburdur. İranın daxili və xarici siyasətindəki ziddiyyət belə bir həmkarlığa mane olur. Bunun nümunəsini Azərbaycan və İran münasibətlərində görürük. Prezident İlham Əliyevin İrana dəfələrlə müsbət çağırışı və bölgədə əməkdaşlığa dəvəti cavabsız qalıb. Hələ də Zəngəzur dəhlizinin açılmaması üçün Ermənistana hərtərəfli yardım etməklə bu qurucu işlərin qarşısını alır”.

Cavanşir bildirib ki, sultan İranda bir sıra mühüm məsələləri müzakirə etməklə yanaşı, İrandan məhz regionda yaratdığı gərginliyi azaltmasını istəyə bilər:

“Sultan oeşəkar siyasi xadimdir. 2020-dən əmisi oğlu Sultan Qaabus bin Səidin yerinə gəlib. Qabusun daxili və xarici siyasətini davam etdirir. Omanın bitərəf siyasətini sürdürür və ölkələrlə gərginliyin davam etməsində maraqlı deyil. Barışdırıcı mövqeyi ilə seçilir. Heytəm bin Tariq də İranı bölgədə yaratdığı gərginlikdən çəkindirmək istərdi”.

Onun sözlərinə görə, sultanın səfərinin məqsədinin nə olmasından asılı olmayaraq, İran bu görüşdən maksimum dərəcədə faydalanmaq niyyətindədir:

“İran nüvə silahı hazırlayır, İsraili hədələyir. İsrail özünü qorumaq üçün Amerika ilə birləşməyə məcburdur. Ərəb körfəzində və ətrafda İranın qarşını almaq üçün müəyyən manevrlər həyata keçirilib. İranın da Oman sultanı ilə yaxınlaşması bu manevrlərə bir növ diplomatik cavabdır. Bunlar İranın bölgədə terrorçu siyasətini pərdələmək üçün həyata keçirdiyi taktiki addımlardır”.

Tarix
2023.05.28 / 10:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla