Yuxarı

Araik etiraf etdi: Separatçılar Bakıya təslim olur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araik etiraf etdi: Separatçılar Bakıya təslim olur

Xankəndidə separatçı rejimin “başçısı” Araik Arutyunyan keçmiş qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyanla görüşüb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, erməni mənbələr qapalı keçirilən görüşdə yeni yaradılmış qondarma “arsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” adlı qruplaşmasının üzvləri də iştirak edib.

Hazırda separatçılar arasında əsas müzakirə və fikir ayrılığı erməni əhalisinin Laçın postundan istifadə etməklə Ermənistana getməsidir. Vardanyanın rəhbərlik etdiyi radikallar bildirirlər ki, bu, Laçın postunun legitimləşdirilməsi və erməni əhalisinin Azərbaycana reinteqrasiya prosesinin bir hissəsidir. Onlar buna görə separatçıların “başçıları”ndan hesabat tələb edirlər.

Dünən Araiklə Rubenin qapalı görüşünün müzakirə mövzusu da bu olub.

“Hraparak” yazır ki, Araik Rubenin suallarına tam cavab verməyib, mövzudan yayınıb. Bildirib ki, erməni əhalisi Ermənistana gedə bilməməkdən şikayətlənir, bununla bağlı ona məktublar, müraciətlər daxil olur.

“Araik Rubene izah edib ki, erməni əhalisi həmişəlik belə vəziyyətdə qalmaq istəmir, etiraz edirlər. Buna görə də məsələni müzakirə edərək, ermənilərin Laçın postundan istifadəsini icazə vermək qərarına gəliblər”, - nəşr yazır.

Bu məlumatdan birdən çox nəticə çıxır.

Birincisi, Ermənistan və havadarları yolun “bloklanması” iddiası ilə Azərbaycanı ittiham edirdilər, lakin Araik özü də etiraf edir ki, erməni əhalisinin yoldan istifadəsinə onlar icazə vermirmiş, çünki bunun olması iki problem yaradır:

- Ermənilər Qarabağı tərk edir: təkcə beş gün ərzində 100-ə qədər erməninin Ermənistana köçməsi bunun təsdiqidir;

- Bakı ilə təmasları intensivləşir və bu reinteqrasiya baxımından əhəmiyyətlidir;

Hər iki məsələ separatçıların mövcudluğunu sual altına salır. Lakin görünür, separatçılar real vəziyyətlə barışmağa məcbur olublar.

İkincisi, baş verənlər Azərbaycanın Qarabağ iqtisadi rayonunda mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi irəlilədiyini göstərir: artıq separatçıların çıxış yolu qalmayıb, erməni əhalisi normal yaşamaq üçün Bakıya inteqrasiya etməyin lazım olduğunu anlayırlar.

Tarix
2023.06.09 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla