Yuxarı

Ermənilər azərbaycanlılarla birgə yaşayacaq - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər azərbaycanlılarla birgə yaşayacaq - XİN

İşğala son qoyulduqdan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları Azərbaycanın sərhədləri daxilində yenidən birgə yaşayacaq.

Axar.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə bəyanatını şərh edən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində etimad quruculuğu tədbirlərindən danışarkən biz dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasların yaradılmasının zəruriliyini bildirmişik. Hesab edirik ki, bu kimi təmaslar gələcək birgəyaşayışın təmin edilməsi baxımdan mühüm zəmin yaratmaq və özlüyündə qarşılıqlı etimadın yaranmasına xidmət edərək, münaqişənin həllinə töhfə vermək imkanına malikdir".

XİN rəsmisi bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının müvəqqəti işğalına son qoyduqdan sonra, əvvəllər olduğu kimi, bu iki icma Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yenidən birgə yaşayacaq: "Əvvəllər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqa xidmət edən bir neçə layihə olsa da, Ermənistan tərəfi bu təmasların münaqişənin həllinə verə biləcəyi müsbət töhfələri nəzərə alaraq, onun qarşısını almağa yönəlmiş destruktiv siyasət yürütməyə başladı".

O bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının öz tarixi torpaqlarına qayıtmaq hüququnu inkar etmək məqsədilə bu kimi təmasların həyata keçirilməsinə maneə olmağa çalışır: "Bununla, əslində Ermənistan bu əraziləri işğal etdiyini, etnik təmizləmə həyata keçirdiyini, ilhaqçı siyasət yürütdüyünü və hər vəchlə münaqişənin həllinə maneə olduğunu bir daha təsdiq edir".

H.Hacıyev əlavə edib ki, münaqişənin həllinin vacib elementi kimi ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasları təşviq etməlidirlər.

Tarix
2015.12.22 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türkiyə və Rusiya arasında kritik görüş: Qafqaza müdaxilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla