Yuxarı

Cəsədləri tapılan neftçilər Vətənə gətirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəsədləri tapılan neftçilər Vətənə gətirildi

14:07

Xəzər dənizinin Türkmənistan sektorunda cəsədləri tapılan neftçilərin kimliyi müəyyən olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən Axar.az-a verilən məlumatda bildirilir ki, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir:

"Xəzər dənizinin Türkmənistan sektorunda iki cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb".

Qeyd olunub ki, orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar ''Günəşli'' yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

***

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, meyitlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

Tarix
2016.01.04 / 23:16
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla