Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri
Ramazan Abdulatipov Prezident İlham Əliyevə təbrik məktubu
göndərib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
"Hörmətli İlham Heydər oğlu,
Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz, parlaq siyasi
xadim istedadınız, Azərbaycan xalqının rifahı naminə yorulmadan
çalışmağınız haqlı olaraq həm Azərbaycan Respublikasında, həm də
onun hüdudlarından kənarda Sizə böyük nüfuz və hörmət
qazandırıb.
Sizin rəhbərliyinizlə iqtisadiyyatda və sosial sahədə
dəyişikliklər, maraqlı investisiya və mədəniyyət layihələri uğurla
həyata keçirilir, Azərbaycan ardıcıl olaraq dünya arenasında öz
nüfuzunu yüksəltməyə nail olur.
Rusiya və Azərbaycan xalqları tarixən zəngin qarşılıqlı
fəaliyyət təcrübəsinə, mənəvi və mədəni yaxınlığa əsaslanan
qardaşlıq, dostluq və mehriban qonşuluq telləri ilə bağlıdır.
Əminəm ki, zamanın sınağından çıxmış bu dostluq və qarşılıqlı
faydalı əməkdaşlıq bundan sonra da yalnız möhkəmlənəcək və inkişaf
edəcək.
Hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqının rifahı naminə
çoxşaxəli fəaliyyətinizdə Sizə yeni uğurlar, möhkəm cansağlığı,
sülh və firavanlıq arzularımı qəbul edin", - təbrikdə qeyd
edilib
***
Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru
Sergey Morozov Prezident İlham Əliyevə təbrik məktubu
göndərib.
"Hörmətli cənab Prezident,
Ulyanovsk vilayətinin hökuməti adından və şəxsən öz adımdan Sizi
doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz
enerji, xoşbəxtlik və firavanlıq diləyirəm. Qoy bütün işləriniz
uğurlu olsun, müvəffəqiyyət və sabitlik bütün həyatınızı müşayiət
etsin.
Ulyanovsk vilayəti ilə azərbaycanlı tərəfdaşlar arasında
hərtərəfli əlaqələrin inkişafına göstərdiyiniz dəstəyə görə Sizə
səmimi qəlbdən təşəkkür edirəm. Ümidvaram ki, bundan sonrakı
əməkdaşlığımız daha da möhkəmlənəcək və yeni müştərək layihələrlə
zənginləşəcək", - təbrikdə bildirilib.