Yuxarı

Lapşindən Qarabağla bağlı daha bir saxtakarlıq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lapşindən Qarabağla bağlı daha bir saxtakarlıq...

Sosial şəbəkələrdə uzun müddət ermənipərəst mövqeyi və Azərbaycanın digər dövlətlərlə münasibətlərini ləkələmək kimi uğursuz addımları ilə tanınan bloger Aleksandr Lapşin Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının həlak olması ilə bağlı təfərrüatı tamamilə təhrif etməklə növbəti dəfə özünü gülüş obyektinə çevirib.

Axar.az xəbər verir ki, o, bəzi mənbələrə istinadən iddia edib ki, guya Azərbaycanın Qarabağ iqtisadi rayonunda Azərbaycan hərbçiləri Rusiya sülhməramlı kontingentinin üzvlərini uzun müddət saxlayıb və telefonlarının təhvil verilməsi ilə bağlı danışıqlar aparıblar (maraqlıdır ki, bu zaman sülhməramlılar birbaşa rəhbərləri ilə əlaqə saxlamayıblar) və sonradan onları buraxıblar. Lakin onun sözlərinə görə, daha sonra Azərbaycan təhlükəsizlik orqanlarının göstərişi ilə bir qrup sülhməramlı mühasirəyə alınıb və güllələnib.

Bu saxta xəbəri uyduran A.Lapşin unudur ki, sülhməramlıların ölümü ilə bağlı hadisə Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən birgə araşdırılır, onlar artıq hadisənin təfərrüatına və mahiyyətinə bələddirlər. A.Lapşin reallığa uyğun gəlməyən hekayə uydurmaqla bir daha özünü ələ salıb.

Qarabağ Azərbaycanın bir hissəsidir və orada bütün proseslər sülh yolu ilə aparılır. Bunu Aleksandr Lapşin şəxsən regiona gələrək reinteqrasiya prosesi ilə ətraflı tanış ola bilər.

Tarix
2023.09.23 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla